Eliot Vassamillet ( 29 dekabr 2000, Mons, Belçika) və ya sadəcə Eliot — Belçikalı müğənni. O, "Wake Up" mahnısı ilə Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Eliotun Avroviziya səhnəsində ifa etdiyi mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Belçikanı təmsil etmiş Blanşın ifa etdiyi "City Lights" mahnısının bəstəkarı Pyerr Dumulin tərəfindən bəstələnmişdir.

Həyatı Eliot Vassamillet 29 dekabr 2000-ci ildə Belçikanın Mons şəhərində anadan olmuşdur. Eliot 17 yaşında ikən Belçikanın The Voice səs yarışmasında iştirak etmişdir.

Musiqi karyerası 2018: The Voice Belgique 2018-ci ilin yanvar ayında Eliot Belçikanın The Voice səs yarışmasının yeddinci mövsümündə dinləmələrdə iştirak etmişdir. İlkin dinləmədə Kodaline qrupunun "High Hopes" mahnısını ifa edən gənc Eliot Sliman Nebşinin komandasında yer alaraq, növbəti mərhələyə adlamışdır. Yarışmanın iştirakını uğurla davam edən Eliot on birinci hissədə münsiflərin seçimi ilə yarışmada iştirakını dayandırmışdır.

2019: Avroviziya Mahnı Müsabiqəsi 2019-cu ilin yanvar ayında Belçikanın RTBF telekanalı Eliotun Belçikanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Onun Avroviziya səhnəsində ifa edəcəyi mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Belçikaya dördüncü yeri qazandıran bəstəkar Pyerr Dumulin tərəfindən yazılmışdır. Müsabiqədə Eliot yarımfinal mərhələsində 70 xal toplayaraq 13-cü yerdə qərarlaşmış və nəticədə finala yüksələ bilməmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Belçikada doğulanlar Kateqoriya:Belçika müğənniləri Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Belçikanın "Avroviziya" təmsilçiləri