() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Mərkəzi və Qərbi Asiyada geniş yayılmışdır.

Botaniki təsviri 4 m-ə qədər hündürlüyü olan şaxəli koldur. Cavan zoğları nazik, qırmızımtıl-qonur, çılpaq budaqları bozumtul-ağımtıl mərcimək-lidir.Yarpaqları uzunsov tərs yumurtavarı və lanset formalı olub, 2-10 sm uzunluqdadır. Qaidə hissədə daralmış pazvarı, təpə hissədə isə itiləşmiş və ya küt, qısa, qığırdaqtəhər çıxıntılıdır. Saplağı 2-10 mm uzunluqda olub, oturandır. Çiçəkləri 3-10-a qədər sıx çiçək salxımında, 3-8 sm uzunluqda çılpaq zoğların ucundadır. Tacı ağ rəngli, diametri 2,8-4,5 sm-dir, erkəkciyi 25-dir. Kasa-yarpaqları dəyirmi, üçkünclü-dür, 3-16 sm uzunluqdadır. Meyvələri 12-17 mm uzunluq-dadır. Meyvə saplağı qısadır (5-3 mm). Toxumları yümur-tavarı, yastıdır. Aprel-iyun aylarında çiçəkləyir, meyvələri avqustda yetişir.

Ekologiyası Rütubətə, istiyə, soyuğa davamlıdır. Münbit torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi Yaşıllaşdırmada geniş istifadə olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:30–34 ID olan Taksonbar