Varzazat (, , ; ləqəbi: Səhranın qapısı) — Mərakeşin cənubunda, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətin inzibati mərkəzi. Varzazat paytaxt Rabat şəhərindən uzaqlıqda, dəniz səviyyəsindən yüksəklikdə, Yuxarı Atlas dağlarının cənubundakı bir yaylağın ortasında yerləşir. Şəhərin cənubunda səhra yerləşir.
Şəhərin adı bərbər dilində "səssiz" və ya "çaşqınlıq olmayan" mənasını verən bir ifadədən törəyir.
Şəhərin əhalisinin əksəriyyətini bərbərdilli xalqlar təşkil edir. Varzazat Mərakeşin tanınmış bir tətil yeridir. Şəhərində qərbində bir YUNESKO Ümumdünya irsi abidəsi – Ayt-Ben-Haddu ksarı var.
Varzazat Mərakeş kinematoqrafı üçün önəmli bir yerdir və adətən «Mərakeşin Hollivudu» və ya «Mollivud» adlanır. Ərəbistanlı Lourens (1962), Nilin xəzinəsi (1985), Yaşayan gün işığı (1987), Məsihin son cazibəsi (1988), Legioner (1998), Mumiya (1999), Qladiator (2000), Asteriks və Obeliks: Vəzifəmiz Kleopatra (2002), Cənnətin krallığı (2005), Babil (2006) və Hanna (2011) kimi filmlər, eləcə də Taxt oyunları (2011), Atlantida (2013) və Vikinqlər (2013) teleseriallardan bəzi epizodlar burada çəkilmişdir. Şəhərdə «Atlas» kinostudiyası yerləşir.
Tarix Varzazat şəhəri tarixən Avropaya gedən Afrika tüccarlarının istifadə etdiyi kiçik bir məntəqə olmuşdur. Mərakeş Fransa müstəmləkəsinə çevrildiyi dövrdə şəhər böyük həcmdə inkişaf etmişdir.
1928-ci ildə Fransa Müstəmləkə Administrasiyasının təşəbbüsü ilə məntəqənin yerləşdiyi ərazidə şəhər qurulmuşdur. Fransa Xarici Legionunun əsgərləri burada yerləşdirilirdi.
2016-cı ildə Mərakeş kralı VI Məhəmməd Varzazat GES-in 160 meqavatlıq tutumluğa malik «Nur 1» hissəsini açmışdır. Kral daha sonra onu GES-in «Nur 2» və «Nur 3» hissələri ilə birləşdirəcək. Varzazat GES-in ümumi tutumluğu 580 meqavat olacaq. Bu isə onu dünyanın ən böyük GES-i edir.
Qardaş şəhərləri 20px Kasablanka, Mərakeş 20px Hollivud, Kaliforniya, ABŞ 20px Moböj, Fransa
İstinadlar
Xarici keçidlər
Definitely Ouarzazate (kinematoqraflar üçün müəssisələr) Varzazat Film Kommisiyası Varzazat Kino Muzeyi Varzazatda çəkilən filmlərin siyahısı IMDb saytında.
Kateqoriya:Mərakeş şəhərləri