Qəbələ FK — Azərbaycanın eyni adlı şəhərini təmsil edən futbol klubu.

Tarixi Sovet imperiyası vaxtında şəhəri Tütün Fermentasiya Zavodunun "TFZ" komandası təmsil edirdi. "Qəbələ" Peşəkar Futbol Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı "Göy Göl" olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək "Gilan" qoyulub. 2005–2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayinda – yüksək liqada debüt ərəfəsində "Gilan" Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də "Gilan" PFK adı "Qəbələ" PFK adı ilə dəyişdirilib. Hazırda "Qəbələ" Azərbaycan çempionatının nüfuzlu komandalarından birinə çevrilib.

2015-ci ildə avrokuboklarda debüt edən komanda 2016-cı ildə 10 illik yubileyinə möhtəşəm töhfə verərək, ikinci cəhddən UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi düşən "Qəbələ" "Dinamo" (Tiflis, Gürcüstan), "Çukariçki" (Serbiya), "Apollon" (Kipr), "Panatinaikos" (Yunanıstan) kimi klubları mübarizədən kənarlaşdırıb. Bu tarixi uğur klubun qrupda "Borussiya" (Dormund, Almaniya), PAOK (Yunanıstan) və "Krasnodar"la (Rusiya) qarşılaşmasına imkan yaradıb. Artıq "Qəbələ" milli komandalar üçün də baza klublarından birinə çevrilib. Son illərdə aşağı yaş qruplarından olan yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klub ölkənin əsas millisində də təmsil olunur. 2019-cu il aprelin 10-da kluba 13 il rəhbərlik etmiş Tale Heydərov Qəbələ klubunun prezidenti vəzifəsində istefa verdiyini açıqlayıb.

Liqa və kubok tarixi Mövsüm LiqaAzərbaycan kuboku Bombardir Baş Məşqçi Div. Yer Oy. Q H M VQ BQ X Ad Qol2005–062ci13022627214721/8 Final30px Rövşən Əhmədov1830px Faiq Cabbarov2006–071ci112444161747161/8 Final30px Vüsal Qarayev430px Ramiz Məmmədov2007–081ci62611312333636Yarımfinal30px Vitali Balamestni82008–091ci10269611282133Yarımfinal30px Kənan Kərimov62009–101ci6421514144248561-ci mərhələ30px Tomasz Stolpa72010–111ci732131273118511/4 Final30px Deon Burton930px Toni Adams2011–121ci532157104332521/4 Final30px Luiz Paulo Hilario, 30px Yannik Kamanan930px Toni Adams / 30px Kavlak2012–131ci632108143240381/4 Final30px Viktor Mendi, 30px Lourival Assis6 30px Kavlak / 30px Ramiz Məmmədov / 30px Luis Araqon2013–141ci33618711483661Finalçı30px Daniel Subotiç12 30px Yuri Semin2014–151ci33215984635541/4 Final30px Cavid Hüseynov1130px Dorinel Munteanu / 30px Roman Qriqorçuk2015–161ci33616119442859Yarımfinal30px Aleksey Qay1030px Roman Qriqorçuk2016–171ci22814104482152Finalçı30px Filip Ozobiç112017–181ci2281477432649Finalçı30px Baqali Dabo132018–191ci4289910313336Qalib30px Ceyms Adeniyi1030px Sənan Qurbanov2019–201ci8205411253519Yarımfinal30px Davit Volkov630px Elmar Baxşiyev2020–211ci72859142142241/4 Final30px Rafael Utziq52021–221ci4281297383445Yarımfinal30px İsnik Alimi82022–231ci436131112474750Qalib30px İsnik Alimi92023–241ci10367524306426Yarımfinal30pxOsama Xalayla930px Elmar Baxşiyev/30px Kaxaber Tsxadadze

Uğurları Qəbələ FK ən böyük uğuruna 2007/08 mövsümündə nail olub. Komandamız MOİK Bakı, Simurq və Bakı kimi komandaları məğlub edərək Azərbaycan kuboku uğrunda yarışların yarımfinal mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə iki oyunun nəticəsinə görə Xəzər-Lənkəran klubuna məğlub olsa da, ölkəmizin dörd ən güclü kollektivi sırasına daxil olmağı bacarıb. Bundan başqa, 2007/2008 mövsümü Qəbələnin Azərbaycan Premyer Liqasında ən yaxşı çıxış etdiyi mövsüm kimi yadda qalıb – 36 xalla 6-cı yer.

Komandanın əldə etdiyi yeganə çempionluq 2005/2006 mövsümünə təsadüf edir. O vaxt Gilan adlanan Qəbələ Azərbaycan çempionatının birinci dəstəsinin qalibi olub. Komanda keçirdiyi 30 oyunun 22-də qalib gəlib, 6 dəfə heç-heçə edib və 72 xalla bütün rəqiblərini arxada qoyub. Həmin mövsümdə Qəbələ futbolçuları ardıcıl 24 oyunda məğlub olmayaraq uğurlu və analoqu olmayan seriyaya imza atıb. 2013/2014 mövsümü Qəbələ komandası üçün uğurlu olub. Komanda həmin mövsüm Azərbaycan çempionatının üçüncüsü, Azərbaycan kubokunun ikincisi və tarixində ilk dəfə olaraq Avropa liqasının seçmə mərhələsinə vəsiqə qazanıb. Ancaq bu mərhələdə Bosniya komandası Şiroki Brijek komandasına məğlub olub. İlk oyun 2:0 cavab oyunu 3:0. 2014/2015 mövsümündə Qəbələ Avropa Liqasına vəsiqə qazanıb. Burada ilk təsnifat mərhələsində Dinamo Tbilisini məğlub edib .

Dinamo Tbilisi (2 : 1) Qəbələ Qəbələ (2 : 0) Dinamo Tbilisi

İkinci təsnifat mərhələsində Qəbələ, Serbiya klubu Cukarickini keçib

Cukaricki (1 : 0) Qəbələ Qəbələ (2 : 0) Cukaricki

Azərbaycan çempionatında yubiley qolları "Qəbələ" 20 sentyabr 2024-cü ildə Azərbaycan Birinci Liqası çərçivəsində "Qaradağ Lökbatan" ilə matçda tarixindəki 900-cü qolu vurub. Yubiley qolu klubun matçdakı 5-ci qolunda, penalti zərbəsi ilə yerinə yetirilib və müəllifi Abdullahi Şuaybu olub. Bu qol həm də "Qəbələ"nin səfər matçlarında vurduğu 400-cü qoldur.200px|thumb|right|Klubun 2005-ci ildə qurularkən istifadə etdiyi loqo

Qəbələ Avrokuboklarda

Stadion Klub Qəbələ şəhərindəki bütün oturacaqlı futbol stadionu olan Qəbələ şəhər stadionunda ev oyunları keçirir. 2007-ci ildən etibarən əsasən UEFA-nın tələblərinə uyğun olaraq, klub yenidənqurma prosesinin daim davam etdirdiyi stadionun geniş şəkildə yenilənməsini təklif etmişdir. Məhdud dizayn müsabiqəsini qazandıqdan sonra AFL memarları 2008-ci ilin dekabrında yeni 15 minlik stadion və təlim meydançası hazırlamağa təyin edildi. Stadionun içərisindəki binalara otel və konfrans binaları, pərakəndə və korporativ yığıncaq sahəsi və giriş qülləsinin yuxarı hissəsində gözəl baxış mənzərəsi daxildir.

Tanınmış məşqçiləri 31 avqust 2026-cı ilə kimi olan məlumat. Ancaq yarış matçları hesablanıb. AdMil.BaşlamaBitməOQHMVQBQ%QUğurlarıQeydlərFaiq Cabbarov20052006Ramiz Məmmədov2006May 2010Toni AdamsMay 12, 2010Nov 16, 2011Fatih KavlakNov 18, 2011Sept 27, 2012Ramiz MəmmədovSept 24, 2012Apr 2, 2013Luis Araqon Apr 2013May 2013Yuri SeminMay 28, 2013May 23, 2014Dorinel Munteanuİyn 16, 2014Dek 8, 2014Sənan Qurbanov 8 Dek 201421 Dek 2014Roman Qriqorçuk21 Dek 201429 may 2018Sənan Qurbanov30 may 201802 sentyabr 2019Elmar Baxşiyev02 sentyabr 201926 fevral 2024Kaxaber Tsxadadze26 fevral 202431 avqust 2026

Qeydlər:

İndividual rekordlar Urfan Abbasov Qəbələnin 203 oyunla ən çox oyun keçirən oyunçusudur. Qalın şriftlə adları yazılanlar Qəbələnin cari futbolçularını göstərirlər.

Bombardirlər 15 mart 2019-cu ilə kimi olan məlumat. thumb|200px|right|Dodô Qəbələdə keçirdiyi 5 il ərzində 161 oyunda 30 qol vurub AdıİllərLiqaAzərbaycan KubokuAvropaCəmi130px Viktor Mendi2011–2015230px Luiz Paulo Hilario2011–2016330px Baqali Dabo2016–2018430px Filip Ozobiç2016–2018530px Cavid Hüseynov2014–2015, 2016–2019630px Daniyel Subotiç2013–2014, 2017630px Stiven Cosef-Monroz2017– 2019830px Kənan Kərimov2008–2010830px Aleksey Qay2015–20161030px Yannik Kamanan2012–2014

Ən çox oyun keçirənlər 15 mart 2019-cu ilə kimi olan məlumat. AdıİllərLiqaAzərbaycan KubokuAvropaCəmi1 30px Urfan Abbasov2011–Cari2 30px Dmitri Bezotosnı2015–Cari3 30px Luiz Paulo Hilario2011–20164 30px Elvin Camalov2013–Cari5 30px Voyislav Stankoviç2015–Cari6 30px Viktor Mendi2011–20157 30px Samir Zərgərov2006–2009,2015–20168 30px Asif Məmmədov2006–2007 və 2015–Cari9 30px Cavid Hüseynov2014–2015, 2016–Cari1030px Rafael Santos2014–2017

Komandanın heyəti

2025-ci ilin sonuna olan məlumatına əsasən Qəbələ FK heyət dəyəri 4.3 milyon avro təşkil edir.

Rəhbərlik PrezidentFariz Nəcəfovİdman direktoruSəbuhi SəfiyarlıMenecerMəhəmməd ƏzizliMətbuat katibiAnar Hacıyev +Məşqçi HeyətiBaş məşqçiKaxaber TsxadadzeKöməkçi məşqçiGeorgi ÇixradzeKöməkci məşqçiMiloş YevtiçKöməkci məşqçiManaf KələntərliQapıçılar üzrə məşqçiAmil Ağacanov

Formaları MövsümFormaSponsor2009–2010AdidasHyundai2010–2011LottoHyundai2011–2012ErreaHyundai2012–2013ErreaPepsi2013–2015JomaPepsi2015—2023JomaGilan Knauf2023— cariCapelli SportGilan Knauf

Həmçinin bax Qəbələ İdman Klubu Qəbələ Futbol Akademiyası

İstinadlar

Xarici keçidlər http://www.gabalafc.az/ http://www.pfl.az/content.php?page=81

Kateqoriya:Azərbaycan Premyer Liqası klubları