Avram Herşko və ya Ferens Herşko (, ) — yəhudi əsilli macar həkim və biokimyaçı.
Həyatı Avram Herşko 1937-ci ilin dekabr ayının 31-də Macarıstanın Karçaq şəhərində anadan olmuşdur. 1950-ci ildə ailəsi ilə birgə İsrailə köçmüş və indiyədək burada yaşayır. Avram Herşko 1965-ci ildə Qüds Universitetində tibb təhsili aldıqdan sonra 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etdi. Hal-hazırda Hayfada İsrail Texnologiya İnstutunun tibb fakültəsinin professorudur. 2004-cü ildə "uvikvitin protein deqredasiya"sının kəşfinə görə Aaron Çexanover və İrvin Rozla birlikdə Nobel Kimya Mükafatına layiq görülmüşdür.
Mükafatları 1987 — Alimlər üçün Veyzmen mükafatı (İsrail) 1994 — Biokimya sahəsində İsrail mükafatı 1999 — Beynəlxalq Qayrdner mükadatı (Kanada) 2000 — Albert Lasker mükafatı 2001 — Tibb üzrə Vulf mükafatı (İsrail) 2003 — Xarici Assosiyasiyalar, Milli Elmlər Akademiyası (ABŞ) 2004 — Nobel Kimya Mükafatı, Aaron Çexanover və İrvin Rozla birlikdə
İstinadlar
Kateqoriya:Biokimyaçılar Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Macarıstan yəhudiləri