200px|thumb|right|Kitabın 2016-cı il nəşrinin üz qabığı (Arkadiy Pankeviç) Aydınlanma səyahəti — Ceylan Mumoğlunun 2016-cı ildə Bakıda nəşr olunmuş ilk kitabı.

Kitab 14 avqust 2016-cı ildə təqdim edilib. Kitabın təqdimatı "Kitabevim.az" kitab evində keçirilib. Tədbirdə müəllifin dostları, qələm yoldaşları, media nümayəndələri, eləcə də oxucular iştirak edib, öz ürək sözlərini bölüşüblər.

Məzmun

"Aydınlanma səyahəti" insan beyninin mövcud imkanları barədə dolğun araşdırma kitabıdır. Əsərin psixoloji, fəlsəfi, riyazi və bədii həllinə uzun sürən araşdırmanın nəticəsində nail olunub. Kitabda yerli nəşrlərdə az-az rast gəlinən elmi xronikaya geniş yer verilib. Düşünürəm ki, bu kitab təkcə bədii ədəbiyyat həvəskarlarına yox, eləcə də, araşdırma kitabı oxucularına da əsl hədiyyə ola bilər. Çünki kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub"- deyə kitabın redaktoru Səbuhi Şahmursoy bildirib.

Nəşr Bu kitab Kitabsevərlər qrupu və qadin.net saytının birgə işi, müəllifin isə ilk kitabı olaraq çapa hazırlanıb.

Kitab 2-ci dəfə 2020-ci ildə Türkiyədə Platanus Publishing tərəfindən 247 səhifədə təkrar nəşr edilib.Aydınlanma Seyahati — (2. Baskı)

Həmçinin bax Qurbağa öpüşü

İstinadlar

Xarici keçidlər "Aydınlanma səyahəti" təqdim edildi

Kateqoriya:Ceylan Mumoğlu