Quşçu palçıq vulkanı — Azərbaycan Respublikasının Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən palçıq vulkanı.Palçıq vulkanları. mct.gov.az Vulkanda son püskürmə 24 yanvar 2021-ci il tarixində qeydə alınmışdır. Bundan əvvəl, 2019-cu ilin fevralında qeyda alınan püskürmə zamanı, hansı ki, 1 dəqiqə 30 saniyə davam etmişdir, vulkanın hündürlüyü 15-20 metrə qalxıb, təqribən 2 hektar ərazini əhatə edib. "Quşçu" kiçik vulkan olsa da, aktiv vulkanlar sırasına daxildir.
Tarixi Vulkanın ilk püskürməsi 1913-cü ildə qeydə alınıb. Quşçu vulkanı son 200 il ərzində 15 dəfə püskürüb. Ən güclü püskürmələri 1917, 1941, 1992-ci illərdə qeydə alınmışdır. Bundan öncəki püskürməsi 2018-ci ilin yanvar ayında qeydə alınıb.
Xarici keçidlər Palçıq vulkanları
Mənbə "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''
İstinadlar
Kateqoriya:Azərbaycanın palçıq vulkanları