Keşdək və ya Keştək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keşdək kənd inzibati ərazi dairəsində kənd.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi Keşdək Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII əsrin sonlarında keçmiş Dərələyəz mahalından gəlmiş Türk ailələri salmışlar. Yerli əhali kəndin adını "keçid, keçid olan yer" kimi izah edir. Tədqiqatçılar isə oykonimi "elat düşərgəsi", "koc", "sıldırım eniş", "hündür yer", "cox da böyük olmayan dik" mənaları ilə bağlayırlar."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007.
Əhalisi
Tanınmışları Nağdəli Zamanov — Həkim, tibb üzrə fəlsəfə doktoru.
Yaylaqlar Daşınbaşı yurd, Bağırxan yaylağı, Dəlihəsən yurdu, Dərəyurdu, Məsimqalası yurdu, Keçibeli yurdu, Əyriyurd, Şişqaya yurdu, Əlidaşları yurdu.
Bulaqlar Kərbəlayı Hüseyn bulağı, Ağ bulaq, Yanıq bulaq, Sifanqayıran bulaq, Bol bulaq, Daş bulaq, Zəhravurulan bulaq, Tamaşalı bulağı, Qaraqaya bulağı, Novçalı bulaq, Məşədi Xələfdə Baş bulaq.
Məşhur yerlər Ağyal, Kolludaş, İtlərqırılan yer, Qancıquçan, Alçalı yal, Gendərə, Cəfərbiçən, Yanıq, Taruçan, Misirbiçən, Çəvlik, Payız yurdu, Ənvərbiçən, Keçəltəpə, Əligötürən daş, Qırmızıqaya, Qaraqayalar, Otdaşı, Həmərsinli, Armudlu, Məşə Xələf, Ellaz ayı tutan qaya, Arıxana, Kığlıq, Tostanlar, Gülüdüzü, Bəşirin damı, Kərbəlayi Hüseyn gölü.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Binələr–Qışlaqlar Xamməd binəsi, Hümbətin damı binə, Məşədi Xələf binəsi.
İstinadlar
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri