İlkin Bəkir oğlu Rüstəmzadə () — Azərbaycan ictimai-siyasi fəalı, yazıçı, keçmiş siyasi məhbus. O, 2014-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Rüstəmzadə bəzi yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi və vicdan məhbusu" kimi tanınmışdır.
Erkən illəri İlkin Rüstəmzadə 2 avqust 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakultəsinin "Menecment" ixtisasına daxil olmuşdur, lakin 2013-cü ildə həbs olunması səbəbiylə bu universiteti yalnız azadlığa çıxdıqdan və universitetə bərpa olunduqdan sonra, 2019-cu ildə məzun olmuşdur.
Siyasi fəaliyyəti İlkin Rüstəmzadə 2020-ci ilə qədər "NİDA" Vətəndaş Hərəkatının üzvü olmuşdur. İlkin Rüstəmzadə 2013-cü ildə 13 yanvar tarixində keçirilən "Əsgər ölümlərinə son" və 26 yanvarda keçirilən "İsmayıllı və Binəyə dəstək" aksiyalarının təşkilatçısı olmuşdur. O, 10 mart 2013-cü il tarixində keçirilən növbəti "Əsgər ölümlərinə son" aksiyasından bir gün əvvəl saxlanılaraq inzibati qaydada həbs olunmuşdur. Həmin aksiya ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin başlatdığı cinayət işində digər 7 "NİDA" üzvü ilə birlikdə təqsirləndirilib və 17 may 2013-cü ildə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən həbs olunmuşdur. 2014-cü ilin may ayının 6-da NİDA Hərəkatının digər üzvləri ilə birlikdə təqsirləndirildiyi məhkəmə tərəfindən 8 illik azadlıqdan məhrum olunmuşdur.
İlkin Rüstəmzadə "Amnesty International" tərəfindən "vicdan məhbusu" adlandırılmışdır. 7 mart 2019-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi Rüstəmzadənin həbsinin qanunsuz olması barədə qərar vermişdir. Mart ayının 17-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamıyla azadlığa çıxmışdır.
250px|thumb|right|İlkin Rüstəmzadə müəllifi olduğu "Yoldaş" kitabının təqdimatında. 2022-ci il. Azadlığa çıxdıqdan sonra "NİDA" Vətəndaş Hərəkatının 2019-cu il seçkilərində İdarə Heyəti üzvü seçilmiş, 2020-ci ildə keçirilən parlament seçkilərində "Hərəkət" Seçki Blokunun təsisçilərindın biri olmuş, 24 saylı Nizami birinci seçki dairəsindən parlamentə namizədliyini irəli sürmüşdür. Buna baxmayaraq, Cinayət Məcəlləsinə əsasən ağır cinayətdə təqsirləndirildiyi və azadlığa çıxmasından 3 il keçməməsi səbəbindən məhkumluğunun qalması səbəb gətirilərək namizədliyi rədd edilmişdir. Mərkəzi Seçki Komissiyası və müxtəlif yerli məhkəmə instansiyaları qərarı qüvvədə saxlamışdır.
O, 2 iyul 2020-ci ildə "NİDA" Vətəndaş Hərəkatının İdarə Heyətindən və üzvlüyündən istefa vermişdir və "Facebook" profilini dondurduğunu bildirmişdir.
Yaradıcılığı 2021–2023-cü illər arasında çap olunan 4 kitabın müəllifidir: "Qaranlığın hekayəsi", "Quberniya", "Yoldaş" və "Bahar mehi".
"Qaranlığın hekayəsi" 2021-ci ilin nəticələrinə əsasən ölkədə ən çox satılan kitab olmuşdur. İngilis, fransız və holland dillərinə diplomatik sənəd olaraq tərcümə olunmuşdur. 2022-ci ilin avqust ayında ABŞ-nin Pensilvaniya ştatında yerləşən "Fulton Books" nəşriyyatı tərəfindən ingiliscə çap olunmuşdur.
İlkin Rüstəmzadə "Yoldaş" memuarında Bayram Məmmədov ilə birlikdə olduqları dövrdən, elmi-siyasi-fəlsəfi mübahisələrindən və Məmmədovun İstanbulda ölümündən yazmışdır.
"Bahar mehi" kitabında Cənubi Azərbaycan və İran tarixinin hekayələrindən bəhs olunur. Real hadisələr əsasında yazılmış əsərdə bir-birini izləyən hadisələr, müxtəlif insan taleləri, tarixi faktlar geniş panoramada təsvir olunmuşdur.İlkin Rüstəmzadə. BAHAR MEHİ. Bakı, Qanun Nəşriyyatı, 2023, 240 səh.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan aktivistləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:XXI əsr Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər Kateqoriya:"Nərgiz" mükafatının qalibləri Kateqoriya:Azərbaycan aktivistləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:NİDA Vətəndaş Hərəkatının üzvləri Kateqoriya:Bakı İstintaq Təcridxanasının məhbusları Kateqoriya:İnsan hüquqları aktivistləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycanlı siyasi məhbuslar Kateqoriya:Azərbaycanlı məhbuslar və məhkumlar