Ayona (; , ) — Böyük Britaniyanın tərkindəki Şotlandiyanın qərbində, Daxili Hebrid arxipelaqında ada. Arqayl-end-Büt dairəsi ərazisində yerləşir. Bərə vasitəsilə bağlanan Mall adasından təxminən uzaqda yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasına görə, adanın 177 nəfərlik bir əhalisi var. Adanın ölçüsü – 5,6 km × 1,6 km.
Etimologiya Toponim gel dilindən tərcümədə "" deməkdir. Ada əsasən Müqəddəs Kolumbanın tikdirdiyi abbatlığa görə tanınır.
Tarix 563-cü ildə İrlandiya keşişi olan Müqəddəs Kolumba daha on iki din adamı ilə birlikdə adada bir monastır qurur. Bu, Şotlandiya və Şimali İngiltərədə yaşayan büdpərəstləri xristianlaşdırmaqda ilk addım idi. Tezliklə adanın xristian doktrinasını qoruyan bir yer olaraq məşhurluğu Avropanın hər tərəfinə yayılır. Buna görə də Ayona dini ziyarətlərin mərkəzinə çevrilir.
Monastırda xidmət göstərən adamlardan biri Müqəddəs Kurvin idi.
Orta əsrlərin ən yaxşı miniatür və ornamentlərinə malik əsərlərindən biri olan "Kells kitabı" VIII əsrin axırlarında Ayonadakı monastırda hazırlanmışdır. 806-cı ildə Ayona bir vikinq dəstəsinin basqınına məruz qalmışdır.
Ada sadəcə əhəmmiyyətli dini mərkəz yox, eləcə də Dal Riada kralları və onların nəticələrinin dəfn edildiyi yer idi. Tarixi Şotlandiya kralları – Kennet mak Alpin, II Donald, I Malkolm, I Dunkan, Makbet və III Donald burada dəfn edilmişdir. Ayonanın 10 kilometr şimalındakı Staff adasında Fingal mağarası yerləşir.
1609-cu ildə adada Ayona statutları imzalanmışdır. Müqavilənin şərtlərinə görə, dağlıq ərazilərdə yerləşən klanlar Şotlandiya kralı VI Yakova tabe oldular.
Qeydlər
Mənbə
İstinadlar
Ədəbiyyat Christian, J & Stiller, C (2000), Iona Portrayed – The Island through Artists’ Eyes 1760–1960, The New Iona Press, Inverness, 96pp, numerous illustrations in B&W and colour, with list of artists. Dwelly, Edward (1911). Faclair Gàidhlig gu Beurla le Dealbhan/The Illustrated [Scottish] Gaelic- English Dictionary. Edinburgh. Birlinn. .
Donald Qreqori (1881) The History of the Western Highlands and Isles of Scotland 1493–1625. Edinburgh. Birlinn. 2008 reprint – originally published by Thomas D. Morrison. . . Hunter, James (2000). Last of the Free: A History of the Highlands and Islands of Scotland. Edinburgh. Mainstream. Johnson, Samuel (1775). A Journey to the Western Islands of Scotland. London: Chapman & Dodd. (1924 edition).
Marsden, John (1995). The Illustrated Life of Columba. Edinburgh. Floris Books. . Murray, W. H. (1966). The Hebrides. London. Heinemann. Ó Corráin, Donnchadh (1998) Vikings in Ireland and Scotland in the Ninth Century CELT. Watson, W. J., The History of the Celtic Place-names of Scotland. Reprinted with an introduction by Simon Taylor, Birlinn, Edinburgh, 2004. .
Xarici keçidlər
Isle of Iona, Scotland – isle-of-iona.net saytında. The Iona Community – iona.org.uk saytında. Adanın fotoşəkilləri – Flickr.com saytında. Prehistoric village found on Iona – Pressandjournal.co.uk saytında.
Kateqoriya:Haylend adaları Kateqoriya:Daxili Hebridlər Kateqoriya:Atlantik okeanın adaları