Erebru ( ) — İsveçdə şəhər, Erebru lenin inzibati mərkəzi və Erebru kommunası. Nerke tarixi əyalətində, Elmaren gölünün qərb hissəsində yerləşir. Əhalisi  — 132 277 nəfərdir (2009). 1200-cü ildə əsası qoyulmuşdur, 1404-cü ildə şəhər statusu almışdır.

Görməli yerləri thumb|left|Erebru qalası thumb|left|Su qülləsi Svampen («Göbələk», 1958). Erebru qalası, 1240-ci ildə Birqer tərəfindən əsası qoyulmuşdur Müq. Nikolayın roman-qotik kilsəsi (XIII əsrin 2-ci yarısı) Diyarşünaslıq muzeyi Svampen su qülləsi

Tanınmış şəxslər Yalmar Berqman (1883—1931) — romançı və dramaturq Stiq Blomkvist (d. 1946) — yarış avtomobil sürücüsü. 1984 Dünya ralli çempionu Yens Byüqqmar (d. 1985) — dağ xizəkçisi, iki dəfə dünya çempionu Daniel hersoq Vesterqotlandlı (d. 1973) — Viktoriyanın həyat yoldaşı Torsten Kumfeldt (1886—1966) — su polosu olimpiyaçısı və üzgüçü, Olimpiya mükafatıçısı Bertil Lindbland (1895—1965) — astronom, İsveç krallığının Elmlər Akademiyasının prezidenti Olaus Petri (1493—1552) — yazıçı Yuxan Röyler (d. 1981) — yeniyetmələr arasında skater, dünya çempionu Karl Manne Qeorq Siqban (1886—1978) — fizikaçı, Nobel mükafatı lauratçısı Yesper Floren (d.1990 il) — futbolçu, «Elfsborq» klubunun müdafiəçisi

Həmçinin bax "Campus Risbergska"da atışma

İstinadlar

Kateqoriya:İsveç şəhərləri