() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.
Ornitoqalum cinsinin adı yunancadan tərcümədə "quşsüdü" deməkdir. Avropa, Asiya və Afrikanın mülayim iqlimli və subtropik zonalarında yayılmış bu bitkinin 150-yə yaxın növü məlumdur. Gülçülükdə 15 növündən geniş istifadə olunur. Gülçülükdə aşağıdakılar xüsusilə məşhurdur: Çətirli quşsüdü (O. umbellatum) — ağ çiçəkləri çətir çiçək qrupunda toplanmış çoxillik bitkidir. İri quşsüdü (O. magnum) ağ gülləri salxım çiçək qrupuna toplanmış bitkidir. Bəzi növlərin zərif olduğu üçün quşsüdünü qida elementləri ilə zəngin olmayan, qeyri — münbit torpaqlarda əkmək çətinlik yaradır. Onları otaq bitkiləri kimi yetişdirirlər. Quşsüdü bitkisinin soğanaqlarını yarımkölgəli yerdə, 6–10 sm dərinlikdə, avqustda ya da sentyabrda açıq torpağa əkirlər. Bitkilər arasındakı məsafə 10–15 sm olmalıdır. Quşsüdü bitkisi soğanaqların iki hissəyə bölünməsi yolu ilə çoxalır.
Sinonimləri Heterotipik sinonimləri
Növləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Bitkilər Kateqoriya:Qazaxıstan florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları