Adi şamayı, gümüşcə () — Çəkiyəbənzərlər dəstəsinə, Şamayılar cinsinə daxil olan növ.

Təsviri left|thumb|270px Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur.

20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 q çəkiyə sahib nümunələrinə də rast gəlinir.

Ən sevimli qidası milçək tırtıllarıdır.

Yayılması Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər.

Həyat tərzi Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar. Planktonlar və suya düşən həşəratlarla qidalanırlar.

Kürüləmə mayın sonlarında başlayır və iyulun əvvəlində bitir.

Əhəmiyyəti və istifadəsi Elə də böyük ov əhəmiyyəti kəsb etmir. Əgər heç bir canlı balıq yoxdursa, daha böyük yırtıcı balıq tutmaq üçün yem kimi də istifadə olunur. Kulinariyada istifadə edilir. Olduqca dadlı olması ilə seçilir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər "Rusiyanın onurğalı heyvanları": Adi şəmayı Adi şəmayı

Kateqoriya:Çəkilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1758-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Avropa balıqları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Danimarka balıqları Kateqoriya:Avstriya balıqları Kateqoriya:Belçika balıqları Kateqoriya:Ukrayna balıqları Kateqoriya:Fransa balıqları Kateqoriya:Almaniya balıqları Kateqoriya:Niderland balıqları Kateqoriya:Estoniya balıqları Kateqoriya:Çexiya balıqları Kateqoriya:Macarıstan balıqları Kateqoriya:Slovakiya balıqları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları