Bum — Azərbaycan Respublikasının Qəbələ rayonunun Bum qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Bum kənd inzibati ərazi vahidi tərkibindəki Bum kəndinə qəsəbə statusu verilmiş, Bum kənd inzibati ərazi vahidi Bum qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır.

Tarixi Toponimik bilgilərə görə türk dillərindəki bum (boom) sözü ilə əlaqələndirilir. Bum sözü əski türk dilində "çaylı dərə, çətin keçilən yer" deməkdir. Kumə dağının ətəyində və çuxurda, iki dağın arasında, Kovdan çayının Bum çayına qarışdığı yerdədir. Mənbələrə görə Altay-türk dillərində bu söz dar dərədə əmələ gəlmiş sıldırım, qayalıq, burun formasında uca qaya, çay ilə dağ arası yer anlamındadır. Necə ki, coğrafi mənası adı ilə eynidir.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.

Tarixi abidələri Qəsəbədə IX–XIV əsrlərə aid "Govurqala" memarlıq abidəsi var.

Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 7 km qərbdə, Qəbələ–Qəmərvan şose yolunun kənarında, Baş Qafqaz silsiləsinin ətəyindədir.

Qəsəbədə Bum mineral bulağı və dağlardan axan yağış sel suları ilə qidalanan Bum çayı axır.

Əhalisi 1824-cü il Şəki qəzasının Bum sahəsinin kameral təsvirinə əsasən Bum kəndində 281 təsərrüfatda 1470 nəfər əhali yaşayırdı ki, onların da 788 nəfərini kişilər, 682 nəfərini isə qadınlar təşkil edirdi.Z. Cavadova. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası (XIX əsrin əvvəlləri — 70-ci illəri) Bakı,2002, səh.58 Hazırda qəsəbədə 5.095 nəfər yaşayır.

Hal-hazırda kənd ərazisində Candarlı, Danalar, Qaragözlülər, Ağamoğlan, Obuxlu, Xapaylı və s. adda məhəllələr vardır.

Tanınmış Şəxsləri Təbriz Yaqubov — Birinci Qarabağ müharibəsi şəhidi.

Mədəniyyəti Qəsəbədə mədəniyyət evi mövcuddur.

Təhsil Qəsəbədə Təbriz Yaqubov adna tam orta məktəb fəaliyyət göstərir.

Din Qəsəbədə Bum qəsəbə məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

Səhiyyə Qəsəbədə ixtisaslaşdırılmış xəstəxana mövcuddur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qəbələ rayonunun qəsəbələri