"Xavəre-nou" ( — Yeni Şərq) — İran Azərbaycanında fars dilində, 1943–1945-ci illərdə nəşr edilmiş gündəlik qəzet.Atabaki, Touraj, and Solmaz Rustamova-Towhidi. Baku Documents: Union Catalogue of Persian, Azerbaijani, Ottoman Turkish and Arabic Serials and Newspapers in the Libraries of the Republic of Azerbaijan . London: Tauris Academic Studies, 1995, p. 151.
"Xavəre-nou" 1943–1945-ci illərdə Mahmud Turabinin redaktorluğu ilə Təbriz şəhərində dərc edilmişdir. "Xavəre-nou" qəzeti İran Tudə Partiyasının regional orqanı kimi Əli Şəbistərinin partiyadan qovulmasından sonra yaradılmışdır. Əli Şəbistəri "Tudə" qəzetinin Cənubi Azərbaycandakı redaktoru olmuş və Azərbaycan millətçiliyini təşviq etdiyinə görə partiyadan qovulmuşdu.Abrahamian, Ervand. Iran between Two Revolutions . [S.l.]: Princeton University Press, 1982, p. 396.
"Xavəre-nou" Sovet İttifaqının dəstəyi ilə dərc edilmişdir və İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının İranda geri çəkilməyə məcbur edildikdən sonra bağlanmışdır.Asadpour, Ahamd Ali. Der Iran in der internationalen Politik 1939–1948
Həmçinin bax Azərbaycan Milli Höküməti İran Tudə Partiyası
İstinadlar
Kateqoriya:Cənubi Azərbaycan Kateqoriya:Fars dilində qəzetlər Kateqoriya:Fars dilində jurnallar Kateqoriya:Fars dilində kütləvi informasiya vasitələri Kateqoriya:Nəşri dayanan gündəlik qəzetlər