İsa Rüstəm oğlu Hümmətov () — Azərbaycan nasiri, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1958), Əmək veteranı (1988).
Həyatı İsa Hümmətov 1931-ci il martın 21-də Qərbi Azərbaycanın Vedi rayonunun Bayburt kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirib İrəvanda pedaqoji texnikumda, sonra isə APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1949-1954). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında başlamışdır. Əvvəlcə müxbir, sonra şöbə müdiri işləmişdir (1954-1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, "Abşeron" qəzeti redaksiyasında məsul katib, "Maarif" nəşriyyatında və Azərnəşrdə redaktor (1961-1978), "Yazıçı" nəşriyyatında böyük redaktor işləmişdir (1978-1990). "Moruqlu budaq" adlı ilk hekayəsi 1958-ci ildə "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin nəşriyyat üzrə ilk təşkilat katibi olmuşdur. "Beşilliyin qalibi" diplomu və döş nişanı ilə təltif edilmişdır. 1990-cı il noyabrın 11-də Bakıda vəfat etmişdir.
Əsərləri 1. Ətirli çiçəklər. Bakı: Azərnəşr, 1959, 161 səh. 2. Atanın həsrəti. Bakı: Azərnəşr, 1960, 162 səh. 3. Nənə, əlini mənə ver. Bakı: Uşaqgəncnəşr, 1964, 44 səh. 4. Ehtiyat qapıçı. Bakı: Uşaqgəncnəşr, 1966, 121 səh. 5. Nazilə. Bakı: Uşaqgəncnəşr, 1968, 94 səh. 6. Muğanın fəxri. Bakı: Azərnəşr, 1969, 64 səh. 7. Günəşi qabaqlayanlar. Bakı: Azərnəşr, 1971, 74 səh. 8. Mövlud ayı. Bakı: Azərnəşr, 1971, 48 səh. 9. Həyatımın mənası. Bakı: Azərnəşr, 1973, 111 səh. 10.Araz çağlayan yerdə. Bakı: Azərnəşr, 1976, 48 səh. 11 Baba yadigarı. Bakı: Gənclik, 1977, 161 səh. 12.Dünyanın bəzəyi. Bakı: Gənclik, 1979, 182 səh. 13.İki məhəbbət. Bakı: Yazıçı, 1981, 222 səh. 14.Çinar əfsanəsi. Bakı: Gənclik, 1983, 157 səh. 15.Şeytanın qurbanları. Bakı: Yazıçı, 1987, 280 səh.
İstinadlar
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:1931-ci ildə doğulanlar Kateqoriya:1990-cı ildə vəfat edənlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri