Boxinsko gölü (, ) — Sloveniya ərazisində yerləşən sahəsinə görə ən böyük göl. Gölün sahəsi 3,18 km²-dir. Əslində Şerknisa gölü 30 km² əraziyə malik olsa da quraq mövsümdə ərazisi tamamən quruyur. Göl 525 m dəniz səviyyəsindən yuxarıda, Boxin icması ərazisində yerləşir. Triqlav Milli Parının ərazisinə də daxildir.
Coğrafiya left|thumb|Boxinsko gölü vəRibčev Laz kəndi Göl 4,2 km məsafədə uzanır. Maksimal eni isə 1 kilometrə yaxındırRoyal Geographical Society (1856) «Wocheiner-See» A Gazetteer of the World: or, Dictionary of geographical knowledge, compiled from the most recent authorities, and forming a complete body of modern geography — physical, political, statistical, historical, and ethnographical A. Fullarton, Edinburgh, Scotland, p. 529 , OCLC 20348227.. Buzlaq mənşəlli göldür. Buzların ekzarasiya fəaliyyəti nəticəsində meydana gəlmişdir.
Gölə tökülən ən böyük axar Savina çayıdır («Kiçik Sava»)Baedeker, Karl (1879) "Terglou: The Valley of the Wocheiner Save" The Eastern Alps: Including the Bavarian Highlands, the Tyrol, Salzkammergut, Styria, and Carinthia (4th ed.) Dulau and Co., London, p. 353 , OCLC 4018143. Savina çayı , Qara göldən qidalanır (). Qara gölün özü də Triqlava göllər vadisində ən iri göldür. Boxinsko gölünün şərq hissəsindən Ozernisa çayı başlayır (). Bu çayda Mostniseylə birləşdikdən sonra Sava Bohinkanı meydana gətirir. Bu çayın özü də Sava-Dolinka ilə birləşərək Sava çayını əmələ gətirir. Təbiətşünas alim Baltazar Ake hələ XVIII əsrdə müəyyən edir ki, Boxinsko gölünə tökülən suyun miqdarından daha çox göldən su axır. Bu da olunla izah edilir ki, göl əlavə yeraltı enerji mənbələrlə qidalanır.
Gölün təmiz sularında Alabalıq, Nalim, Qafqaz enlibaşı, Adi enlibaş, Salvelinus alpinus, səkkiz növ molyusk, həmçinin çoxlu sayda yosun növü yayılmışdır. Göl məşhur turizm ərazisi sayılır. Gölə çimmək və digər idman növləri ilə məşğul olmaqdan ötrü gəlirlər. Sahilində şair Rudolf Baumbax tərəfindən tarixini ölümsüzləşdirən əfsanəvi Zlatoroq qarapaçasının heykəli vardır.
Boxinsko gölünün yerləşdiyi bölgədə çoxlu sayda dağ-xizək mərkəzləri vardır. Onlar arasında ən iriləri – Sorişka Platina, Voqel, Kolba.
İstinadlar
Mənbə Gölün veb saytı
Kateqoriya:Sloveniya gölləri Kateqoriya:Moren göllər