İsay Abramaşvili (; 13 sentyabr 1920, Bakı, Azərbaycan SSR, SSRİ — 1964) — sovet futbolçusu, yarımmüdafiəçi. Azərbaycan SSR əməkdar məşqçisi.

Həyatı İsay Abramaşvili 13 sentyabr 1920-ci ildə Bakı şəhərində anadan olub. 20 avqust 1941-ci ildə Qızıl Ordu sıralarına çağırılıb.

1941-ci ilin noyabr ayından, 1942-ci ilin iyul ayına kimi 8-ci dəniz piyada briqadasının tərkibində Sevastopolun müdafiəsində iştirak edib. 1942-ci il iyulun 4-dən 1945-ci il avqustun 9-dək əsirlikdə olub. "Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilib.

1949-cu ildən 1951-ci ilədək və 1954-cü ildən 1955-ci ilədək Bakının "Neftyanik", 1952-ci ildə Moskvanın "VVS", 1953-cü ildə isə Leninqradın "Dinamo" komandasında çıxış edib.

Oyunçu karyerasını bitirdikdən sonra Sumqayıtın "Metallurq" və Kirovabadın "Dinamo" klublarında məşqçi kimi çalışıb.

İstinadlar

Xarici keçidlər FootballFacts.ru saytında profili

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:1964-cü ildə vəfat edənlər Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Azərbaycan SSR əməkdar məşqçiləri Kateqoriya:Kəpəz PFK məşqçiləri Kateqoriya:Azərbaycan gürcüləri