thumb|290px|Xalçaçılıqda istifadə edilən heyvan və quş təsvirlərindən nümunələrXalça — dekorasiya və ya istilik yaratmaq məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça növü.
Xalçalar firavanlıq simvolu, yaşayış yerlərinin bəzədilməsi və isidilməsi üçün ən qədim ixtiralardan biri olmaqla yanaşı çox əsrlər boyunca həm də incəsənətin ən yaxşı növlərindən biri olmuşdur. Yaxın keçmişə qədər xalçaların toxunması uzun müddətli vaxt və zəhmət tələb edən əl işlərindən biri hesab edilirdi. thumb|290px|Azərbaycan xalça təsvirlərindən nümunələr thumb|290px|Azərbaycan xalça təsvirlərindən nümunələr
Tarixi
Xalçaçılıq – kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənətdir.
Xalçaçılıq qədim və geniş yayılmış sənət növüdür. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların bəzədilməsindən başlamış, habelə yaşayış evlərinin, sarayların və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edərək muzeylərdə saxlanılır. Xalçaçılığa aid ən qədim və qiymətli arxeoloji materiallar keçmiş SSRİ-nin ərazisində Dağlıq Altay kurqanlarındakı daimi buzlaq rayonlarında əldə edilmişdir. Bütöv halda qalmış xalça Pazırık kurqanlarında tapılmışdır və o, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır.Mənəvi sərvətimiz olan xalçalarımız Xalçaçılıq Azərbaycanda da ən qədim sənət sahələrindən biridir. Əcdadlarımız bu sənət sahəsi ilə çox qədim zamanlardan məşğul olmağa başlayıblar. thumb|right|190px|2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı Xalça toxuculuğundan ilk əvvəl təkcə estetik və dekorativ məqsədlərə deyil, əsasən soyuqdan müdafiənin etibarlı üsulu kimi istifadə edirdilər. Hələ qədim zamanlardan yaxşı toxunmuş xalçaların miqdarı ailənin rifahı və firavanlığı üçün əsas göstəricilərdən hesab olunurdu. Bütün orta əsrlər dövründə əhali vergiləri xalçalarla və xalça məmulatları ilə ödəyirdi. Əhalinin həyat tərzi xalçaçılığın xüsusiyyətlərini də şərtləndirirdi. Baxmayaraq ki, xalça və xalça məmulatları şah və feodal saraylarını, tacir və sənətkar evlərini, maldar çadırlarını, kənd evlərini eyni dərəcədə bəzəyirdilər, onlar ölçülərinə, tiplərinə, funksional xüsusiyyət və keyfiyyətlərinə görə müxtəlifliyi ilə seçilirdilər. Zadəganlar məişətdə böyük, bahalı xovlu xalçalardan, maldarlar isə əsasən daha yüngül xovsuz xalça və xalça məmulatlarından (çuval, məfrəş, heybə və s.) istifadə edirdi.Tanış olun:Azərbaycan xalçaları
Dünyanın ən qədim xalçası
XX əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan hamını heyrətə salan əşyalar aşkar etdilər. Saqa (skit) boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da vardı. Bu 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.
Etimologiyası Digər türk dillərində olduğu kimi, Azərbaycan dilində düzəltmə isimlər əsasən isimlərə və fellərə leksik şəkilçilər artırmaqla yaranır. Xalça sözü düzəltmə isimdir. Bu söz xalı (sözün kökü) sözündən düzəldilmişdir. Söz kökünə -ça şəkilçisi artırılmaqla kiçiltmə (kiçiltmə-əzizləmə) mənalı isim düzəldilmişdir.
Söz kökü olan xalı – ənənəvi xalça məmulatlarının ölçü etibarı ilə ən böyük növü olub,Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. II cild, səh.417. çox vaxt dəst halında toxunardı. Əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, "miyanə xalılar", yaxud "ortalıq xalılar" adlanmaqla, 2 arşın enində toxunurdu.Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. I cild. səh. 447. ISBN 978-9952-34-152-2 Kiçiltmə mənalı isim olan xalça – əsasən divara vurmaq, bəzən isə döşəməyə salmaq üçün müxtəlif rəngli yun, ipək, pambıq ipliklərlə toxunmuş naxışlı döşənəcəkdir.Azərbaycan dilinin izahlı lüğəti, 4 cilddə. Şərq-Qərb nəşriyyatı. —Bakı, 2006. II cild, səh.416.
Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. "Qalı" sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları "qali" adlandırırlar.Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.64.
Azərbaycanda (Muğan, Qarabağ bölgəsində, Gəncə və Qazax rayonlarında), həmçinin Türkiyənin bir sıra bölgələrində uzunsov böyük xovlu xalçaları gəbə (gəvə, qaba, qebe, kebe, kepe) adlandırırlar. "Gəbə" sözünə əsasən istər Azərbaycan şifahi xalq ədəbiyyatında, istər keçmiş, istərsədə bugünkü yazılı ədəbiyyatda rast gəlinir.
Gəbə sözü qaba sözünün dəyişikliyə uğramış formasıdır. Qaba – yəni kobud, olduqca qalın mənalarını ifadə edir. Xovsuz xalçalarla müqayisədə xovlu xalçalar olduqca kobud və qalın olduğundan onu qaba və ya gəbə adlandırmışlar. Bəzi Orta Asiya xalçaçıları gəbə sözünü səhvən Kəbə (Ka'ba) sözü ilə əlaqələndirirlər.Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.66. Olduqca kobud və qalın olan böyük xalı və yaxud da xalçanı cığatay türkləri və əfqanlar hələ də "qalın" ("qalin") adlandırırlar.
Məlum olduğu kimi türk xalqları ilk öncə xovsuz xalçalar (palaz, kilim, cecim, sumax və s.) toxumuşlar ki, bu növ xalçalar olduqca yüngül, nazik və yumuşaq idilər. Xovlu xalçalar isə xovsuzlara nisbətən iki-altı dəfə qalın və ağır, sıx toxunuşlu, dözümlü idilər. Qeyd edildiyi kimi xovlu xalçalar xovsuz xalçalardan xeyli sonra yarandığından xovlu xalçaları xovsuz xalçalardan fərqləndirmək məqsədi ilə onu "qalın" adlandırmışlarЛятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.65.
Hal hazırda Azərbaycanın Quba rayonunun ərazisində böyük olmayan xalını yerli əhali "qalınça" (yəni xalça) adlandırırlar. Aparılan uzun müddətli tədqiqatların nəticələri göstərir ki, şərq xalqları xalça termininə aid onlarla bir-birindən bir az fərqli terminlərdən istifadə edirlər (yerli dialektlər bura daxil deyildir). Bu xalqlar arasında ən çox hamı tərəfindən başa düşülən və istifadə edilən "qalı", "xalı" və "halı" terminləridir.Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.55.
Orta Asiyada, Qafqazda, həmçinin Kiçik Asiyada türklər qədim vaxtlardan öz qızlarını ərə verərəkən onların cehizinin içərisində xalça və xalça məmulatlarını ən bahalı və dəyərli əşyalar sayardılar.
Xalça növləri
Xalçalar insanların həyat tərzi ilə sıx bağlı idi. Azərbaycan xalçaları da azərbaycanlıların adətləri, ənənələri və inanclarının ayrılmaz hissəsi olmuşdur. Xalça insanı bütün həyatı boyu – həm kədərində, həm də sevincində müşayiət edirdi. Azərbaycanda hər bir əhəmiyyətli tarixi yaxud hadisəni tərənnüm etmək üçün xüsusi xalça toxumaq ənənəsi vardır: uşağın doğulması münasibətilə toxunan xalçalar, gələcək gəlinlərin cehizlik üçün toxuduqları xalçalar, elçilərin qarşısına sərilən xalçalar, məscid və kilsələr üçün toxunan xalçalar və toy yaxud yas mərasimləri üçün toxunan xalçalar.
Şərq xalçaçılıq sənətinin bir qolu olan Azərbaycan xalçaları əsasən aşağıdakı növlərə ayrılır: Xalça məmulatları, buraya mərfəş, xurcun, heybə, taxtüstü, yəhərüstü, duz torbası, çul, örkən, çömçədan, yun corablar, pərdələr və s. daxildir.Xalça məmulatları
Xovsuz xalçalar xovlulardan daha çox qədim olan xovsuz özünəməxsus naxışı və parlaq koloriti ilə fərqlənir. Xovsuz xalçaları həm də xalqın gündəlik həyatı və fəaliyyəti ilə bağlı olaraq "məişət xalçaları" adlandırırlar. Bu növ xalçalara çətən, həsir, palaz, kilim, ladı, zili, vərni, sumax, şəddə və başqaları aid edilir. Xovsuz xalçalar digər xalça növlərindən asan toxunur, ancaq bu xalçalarda xovlu xalçalar kimi də yüksək istismar keyfiyyətlərinə malikdirlər.
Xovlu xalçalar, buraya yerə döşənən və divardan asılan xalçaları, gəbələri, dəst xalı-gəbələri, namazlıqları və s. kimi növlər aid etmək olar.
Xovlu xalçalar xalçaçılıq sənətinin inkişafında ən yüksək mərhələni əks etdirir. Məişətdə işlətmək üçün nəzərdə tutulan pərdələri, taxtüstləri və digər bu kimi əşyalarda xovlu xalçalar növünə daxildir. Çoxsaylı kompozisiyalı sxemlərdə və zəngin ornamentli motivlərlə olan xovlu xalçalar digər xalça növlərindən xüsusilə seçilirlər. Xovlu xalçalar toxunma texnikasına görə daha mürəkkəbdir. Xovlu xalçalar bu gün də müxtəlif ölçülərdə toxunur.
Süjetli xalçalar, Azərbaycanda tematik xalçaların yaranma sənəti zəngin keçmişə malikdir. İlk süjetli xalçalar Cənubi Azərbaycanda, Təbriz şəhərində istehsal olunurdu. Onların istehsalının tərəqqi dövrü XVI əsrə aid edilir. O zaman dekorativ sənətin müxtəlif sahələrində işləyən rəssam – miniatürçülərin və sənətkarların əsas qüvvələri Təbrizdə cəmləşmişdir.
Xalça toxumaq üçün alətlər thumb|190px Xalça toxumaq üçün aşağıdakı alətlər lazımdır: Həvə və ya toxmaq (toxucuların sayına uyğun); Kirkid və ya daraq (toxucuların sayına uyğun); Qayçı (toxucuların sayına uyğun); Bıçaq (toxucuların sayına uyğun); Qarmaqlı bıçaq (toxucuların sayına uyğun); Divar hanası, yaxud da yer hanası.
Həvə xalça, palaz və s. toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdirAzərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. II cild, səh.378.. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq da adlandırırlar.
Keçmişdə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan hazırlanan dişli həvələrdən istifadə edirdilər.
Primitiv həvələrin (toxmaqların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün bu alət sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir.
Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Xalçanın hər kvadratmetrində olan ilmələrin (düyünlərin) sıxlığına uyğun olaraq metal həvələrdəki (toxmaqlardakı) dişlərin sayını, qalınlığını və onun çəkisini nəzərə alırdılar.
Kirkid xalça toxuyarkən toxunmuş ilmələri sıxlaşdırmaq üçün işlədilən alətdir.Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. II cild, səh.710. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar.
Adətən, ikinci arğacı salmaq üçün də kiriddən istifadə edirdilər. Əvvəllər kirkidi ağacdan və yaxud da buynuzdan hazırlayırdılar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkitin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün bu alət sonda tam metaldan hazırlanmış, müasir kirkidlərin ilk nümunələri meydana gəlmişdir.