Aron Tamaşi (tam adı: Aron Tamaşi, ; ) — Macarıstan yazıçısı. Vətəni Transilvaniyada və Macarıstanda əsl Sekel tərzində yazdığı hekayələrinə görə məşhurdur.

Həyatı Udvarhey medyesində (indiki Lupeni, Hargita medyesi) Farkaşlakada sekel ailəsində anadan olmuş Tamaşi Babeş-Boyyai Universitetində hüquq və kommersiya ixtisası üzrə təhsil almışdır. 1923-cü ildə ABŞ-yə köçdükdən az müddət sonra Transilvaniya Rumıniyanın tərkib hissəsinə çevrilmişdir. Macar dilində ilk romanlarını da həmin dövrdə yazmışdır. Tezliklə bu əsərlər Kluj-Napokada dərc olunmuş və böyük rəğbət qazanmışdır. Tamaşi 1926-cı ildə evinə qayıtmış və 1944-cü ilədək Transilvaniyada yaşamışdır.

Tamaşinin həmin dövrə aid ən məşhur əsərlərindən biri Harqita dağlarında tək yaşayan sekel oğlan, gənc meşəbəyi Abelin macəraları barədə roman trilogiyasıdır. Tamaşi 1944-cü ildə Budapeştə köçmüş və 1966-cı ildə ölənədək orada məskunlaşmışdır. Vəsiyyətinə əsasən, Rumıniyada şərqi Transilvaniyada etno-mədəni bölgə olan doğma Sekelistanda dəfn edilmişdir.

Əsərləri Szász Tamás, a pogány – Kluj-Napoka, 1922 – qısa hekayə Lélekindulás – Kluj-Napoka, 1925 – qısa hekayələr Szűzmáriás királyfi – 1928 – roman Erdélyi csillagok 1929 – qısa hekayələr Címeresek – Kluj-Napoka, 1931 – roman Helytelen világ – Kluj-Napoka, 1931 – qısa hekayələr Ábel a rengetegben – Kluj-Napoka, 1932 – roman Ábel az országban – Kluj-Napoka, 1934 – roman Ábel Amerikában – Kluj-Napoka, 1934 – roman Énekes madár – Budapeşt, 1934 – dram Rügyek és reménység – Budapeşt, 1935 – qısa hekayələr Jégtörő Mátyás – Kluj-Napoka, 1936 – roman Tündöklő Jeromos – Kluj-Napoka, 1936 – dram Ragyog egy csillag – Kluj-Napoka, 1937 – roman Virágveszedelem – Budapeşt, 1938 – qısa hekayələr Magyari rózsafa – Budapeşt, 1941 – roman Vitéz lélek – Budapeşt, 1941 – dram Csalóka szivárvány – Budapeşt, 1942 – dram Összes novellái – Budapeşt, 1942 – qısa hekayələr A legényfa kivirágzik – Budapeşt, 1944 – qısa hekayələr Hullámzó vőlegény – Budapeşt, 1947 – dram Zöld ág – Budapeşt, 1948 – roman Bölcső és bagoly – Budapeşt, 1953 – roman Hazai tükör – Budapeşt, 1953 – roman Elvadult paradicsom – Budapeşt, 1958 – qısa hekayələr 1922–26 Világ és holdvilág – Budapeşt, 1958 – qısa hekayələr 1936–57 Hegyi patak – 1959, dram Szirom és Boly – Budapeşt, 1960 – roman Játszi remény – Budapeşt, 1961 – qısa hekayələr Akaratos népség – Budapeşt, 1962 – dram Hétszínű virág – Budapeşt, 1963 – qısa hekayələr

Həmçinin bax

Aron Tamaşinin rəqəmsal əsərləri

İstinadlar

Kateqoriya:Macarıstan romançılar Kateqoriya:Macarıstan yazıçıları Kateqoriya:Budapeştdə vəfat edənlər Kateqoriya:Rumıniyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Dramlar