II Qız qalası — Şərur rayonunun Aşağı Yaycı kəndindən qərbdə, Аrpаçаyın sağ sahilində, hündür dağın üzərində yerləşir. Qala şimal tərəfdən sıldırım qaya ilə əhatə olunmuş, onun cənub və cənub-qərb tərəfinə isə iri qaya parçalarından hörülmüş divar çəkilmişdir. Müəyyən hissəsi yonulmuş daşlardan inşa olunmuş divarların eni 1,8–2 m arasındadır. Divarlar bəzi yerlərdə 2,1 m hündürlüyündə salamat qalmışdır. Qalanın girişi cənub tərəfdəndir. Giriş qapısının eni 3 m-dir. Divarlar boyunca dördkünc formalı binalar yerləşdirilmişdir. Qalanın mərkəzində yerləşən sahəsi 72 m² olan böyük binanın qalıqları iri daşlardan tikilmişdir. Ehtimal ki, bu bina qalanın inzibati mərkəzi olmuşdur. Tədqiqat zamanı olduqca az miqdarda keramika məmulatı aşkar olunmuşdur. Arxeoloji materiallara əsasən qalanı е.ə. IV- b.е. III əsrinə aid etmək olar.
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə tarixi abidələr Kateqoriya:Naxçıvan abidələri Kateqoriya:Şərur rayonunun abidələri