Bağçılar () — İstanbul ilinin ilçəsi. Bağçılar ilçəsi İstanbul ilçələri arasında ən yüksək əhali sıxlığına malikdir. Son illərdə şərq və cənub-şərq illərindən köçlərin sayı artmışdır.

Tarixçəsi Osmanlı dövründə bu yerdə yunanların çoxluq təşkil etdiyi bir kənd var idi. 1920-ci illərdən etibarən yunan-türk əhalisi mübadiləsindən sonra burada türklər yaşamağa başladılar. Şərqi və cənub-şərqi Anadoludan gur miqrasiya 1970-ci illərdə ərazinin kütləvi qanunsuz qurulmasına və cinayətkarlığın səviyyəsinin yüksəlməsinə gətirib çıxardı.

1975-ci ilə qədər Anadoludan tutmuş İstanbula qədər üzüm bağları və bostan işləri ilə dolanışıq təmin edirdilər. 1992-ci ildən etibarən kəndin statusunun artırılması ilə əlaqədar üzüm bağlarında müasir urbanizasiyaya keçidlə bağlı işlər aparılmış və bu gün infrastruktur problemləri böyük dərəcədə həll edilmişdir.

Yeri Bağcılar İstanbulun Avropa tərəfində və İstanbul Böyükşəhər Bələdiyyəsinin xidmət sərhədləri içərisində yerləşir. Onun sahəsi 22 km²-dir. E-5 və TEM Avtomobil yolunun arasında yerləşir. Cənubda Bağçalıevlər, Qərbdə Kiçikçəkməcə və Başakşəhər, şərqdə Güngörən, şimalda isə Əsənlər və hərbi ərazilər ilə qonşudur. Dənizə heç bir sahili yoxdur.

İqtisadiyyatı Rayonun yaxınlığında İstoç, Avto Center, Tekstilkent, Massit kimi iri kommersiya obyektləri yerləşir. İlçədə əsas mətbuat mərkəzləri və bank bölmələri yerləşir. Toxuculuq ilə yanaşı, qida məhsulları, metal emalı, nəqliyyat sektorlarında da yüksək rollara malikdir. Çox tez, lakin əyri-üyrü urbanizasiyaya görə, bu ilçədəki qiymətlər sərfəlidir. Yaşıl sahələr isə tədricən azalır.

İcra başçıları Bağcılar icra başçıları və partiyalarıİlİcra Hakimləri Partiya Faiz 1992*Feyzullah KıyıklıkRP%??,??1994Feyzullah KıyıklıkRP%37,301999Feyzullah KıyıklıkFP%37,742004Feyzullah KıyıklıkAK Parti%43,912009Lokman ÇağırıcıAK Parti%49,392014Lokman ÇağırıcıAK Parti%57,20 1992 ilində Bağcıların Bakırköydən ayrılması ilə Feyzullah Kıyıklık müvəqqəti icra hakimi seçilmişdir.

Ümumi seçimlər İlPartiyaFaiz1995RP%341999FP%292002ƏİP%482007ƏİP%572011ƏİP%60Haziran 2015ƏİP%50Kasım 2015ƏİP%59

İstinadlar

Həmçinin bax

Kateqoriya:İstanbul ilinin ilçələri