Vadim Şulqin — Azərbaycan memarı.
Həyatı Vadim Sergeyeviç Şulqin 1926-cı il dekabrın 8-də Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1950-ci il sentyabrın 26-da "Bakmetroproekt" layihə institutunda başlayıb. Sonra hərbi xidmətdə olmuş və 1953-cü il oktyabrın 1-dən Bakqiproqor layihə institutunda (Bakı Dövlət Layihə İnstitutu) böyük mühəndis kimi karyerasını davam etdirmişdir. Daha sonra layihə institutunda qrup rəhbəri, baş layihə mühəndisi, baş layihə memarı vəzifələrində çalışıb.
Layihələri Vadim Şulqin Bakıdakı "Mirvari" kafesini layihələndirib. Vadim Şulqin Kandeladan fərqli olaraq "Mirvari"nin qanadlarını səkkiz deyil, altıguşəli edib.
Şulqin sonradan Bakının gözəl və öz möhtəşəmliyini qoruyan Heydər Əliyev Sarayını da layihələndirib.Пашаев Н. А. Победа культурной революции в Советском Азербайджане. — М.: Наука, 1976. — С. 140. — 263 с.
Xatirəsi thumb|2018-ci ildə buraxılmış Azərbaycan poçt markası 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Vadim Şulqinə həsr edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan memarları