Kristina Eqerseqi () — Macarıstanın üzgüçülük üzrə sabiq dünya rekordçusu və müasir dövrün ən böyük macar Olimpiya çempionlarından biri. Üç dəfə Olimpiyaçı və beş dəfə isə Olimpiya çempionu olmuşdur və üç ardıcıl Yay Olimpiadasında eyni üzgüçülük yarışında qalib gəlmiş üç nəfərdən biridir (digər iki nəfər isə Don Freyzer və Maykl Felpsdir). Hal hazırda beş fərdi Olimpiya qızıl medalını qazanan yeganə qadın üzgüçüdür.Krisztina Egerszegi . Sports-reference.com.Krisztina EGERSZEGI . Olympic.org.Egerszegi, Krisztina . Encyclopedia.com (2004)

Həyatı Eqerseqi 13 yaşı olarkən ilk beynəlxalq debütünü 1987-ci ildə keçirilən Avropa Su İdmanları Çempionatında 200 m arxa üstə üzmə üzrə dördüncü yerə, 100 m arxa üstə üzmə üzrə beşinci yerlə çıxaraq etdi. 1988-ci ilin Yay Olimpiya Oyunlarında 100 m məsadəfə arxası üstə üzmə üzrə gümüş medal qazandı və 200 m məsafədə Olimpiya çempionu oldu. 14 yaşında üzgüçülük üzrə ən gənc qadın Olimpiya çempionu oldu. Gənclər üzrə bu rekord 1992-ci ildə yapon üzgüçü Kyoko İvasaki tərəfindən yeniləndi. 1988-ci ilin sonunda 200 m məsafəyə arxası üstə üzgüçülük yarışlarında birinci olmuşdur.

Macarıstan mədəniyyətinə təsiri Onun 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarında qələbə qazanması Macarıstanın televiziya kanallarında ən önəmli məqamlardan birinə çevrildi. Eqerseqi hələ də Macarıstanda "çempion" rol modeli kimi qəbul edilir.

Gəncliyinə və bədən ölçülərinə görə onu “Eqerke” (balaca siçan) və ya “Eqer” (siçan) ləqəbləri ilə çağırırdılar. Üç fərdi qızıl medal ilə ən müvəffəqiyyətli üzgüçü olduğu 1992-ci ilin Yay Olimpiya Oyunlarından sonra həm macar, həm də beynəlxalq mediada “Kraliça Kristina” (Krisztina Királynő) ləbəqi ilə təqdim olundu.

Həyatı və idman fəaliyyəti 1993-cü ildə Laslo Ladonyi və Dyörd Vollun “Eqerseqi” adlı kitabında və 2000-ci ildə buraxılan eyni adlı sənədli filmdə təsvir edilmişdir.Egerszegi (2000) . IMDb

Mükafatları və təltifləri 2001-ci ildə Beynəlxalq Üzgüçülük Şöhrət Zalına daxil edildi.KRISZTINA EGERSZEGI (HUN) Honor Swimmer . International Swimming Hall of Fame Yeddi müxtəlif idman yarılarında (1988, 1989, 1990, 1991, 1992, 1993 and 1996) rekord qıraraq Macarıstanda ilin idmançısı adına layiq görüldü və üç dəfə dünya üzrə ilin qadın üzgüçüsü oldu.

Beynəlxalq Üzgüçülük Federasiyanın ən görkəmli idmançılarından biri olan Eqerseqi 2001-ci ilin 23 iyununda Lozannada Beynəlxalq Olimpiya Komitəsinin təşkil etdiyi Olimpiya günü mərasimində Olimpiya ordeni ilə təltif edildi. 2013-cü ilin 20 avqustunda Prezident Yanoş Ader tərəfindən Macarıstanın ən ali dövlət mükafatı olan Müqəddəs I İştvan mükafatını aldı.Kitüntetés: Egerszegi Krisztinát jutalmazta a köztársasági elnök . Nemzetisport.hu. Retrieved on 30 May 2016.

Avropanın ən yaxşı qadın idmançısı (1992) Macarıstan Ləyaqət ordeni xaçı (1992) Qızıl Olimpiya dairəsi (1995) Macarıstan Respublikasının Ləyaqət ordeni (1996) Qızıl Maral mükafatı (1996) Macarıstanın irsi mükafatı (1996) Macarıstan Olimpiya Komitəsinin (MOB) medalı (1997) BOK xüsusi etnik mükafatı (1999) Əsrin macarıstanlısı seçimlərində üçüncü (2000) Beynəlxalq Üzgüçülük Şöhrət Zalının İnduksiyası (2001) Əsrin Macarıstanlı Qadın İdmançısı (2001) Ferenç Çik mükafatı (2001) BOK-nin Ləyaqət Olimpiya ordeni \ gümüş (2001) Budapeştin fəxri vətəndaşı BOK-nin prezident kuboku (2005) Prima Primissima Mükafatı (2007) Müqəddəs I İştvan mükafatı (2010) Budapeştin fəxri vətəndaşı (2011) Müqəddəs I İştvan medalı ordeni (2013) Macarıstanın Üzgüçülük İdmanlarının Şöhrət Zalı (2013)Úszás: Egerszegi és Darnyi a Hírességek Csarnokában - NSO . Nemzetisport.hu. Retrieved on 30 May 2016.

Üzgüçülük üzrə Macarıstan Çempionatında nəticələri 1986 1987 1988 1989 1990 1991 1992 1993 1994 1995 1996 100 m sərbəst 1. 1. 200 m sərbəst 1. 1. 1. 1. 1. 1. 1. 1. 400 m sərbəst 1. 1. 800 m sərbəst 1. 1. 1. 50 m arxa üstə 3. 100 m arxa üstə 4. 1. 1. 1. 1. 1. 1. 1. 1. 1. 200 m arxa üstə 3. 1. 1. 1. 1. 1. 1. 1. 1. 1. 200 m bras 2. 2. 2. 2. 100 m kəpənək 1. 1. 2. 1. 200 m kəpənək 1. 1. 1. 1. 1. 1. 1. 200 m qarışıq 1. 1. 1. 1. 1. 1. 1. 1. 1. 400 m qarışıq 5. 1. 1. 1. 1. 1. 1. 1. 1. 1. 4 × 100 m sərbəst 1. 1. 1. 1. 2. 1. 2. 1. 1. 4 × 200 m sərbəst 1. 1. 1. 1. 1. 1. 1. 1. 1. 4 × 100 m qarışıq 3. 4. 1. 1. 1. 1. 2. 1. 1. 1. 1.

İstinadlar

Xarici keçidlər

Krisztina Egerszegi fansite

Kateqoriya:Macarıstan idmançıları Kateqoriya:1992 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:"Olimpiya" ordeni kavalerləri Kateqoriya:1996 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:1988 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Macarıstan idmançıları Kateqoriya:1996 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1988 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Üzgüçülük üzrə olimpiya çempionları Kateqoriya:Olimpiya gümüş medalına sahib üzgüçülər Kateqoriya:Olimpiya gümüş medalına sahib Macarıstan idmançıları Kateqoriya:Olimpiya bürünc medalına sahib Macarıstan idmançıları Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:Macarıstanın "Xidmətlərə görə" ordeninin komandorları Kateqoriya:Macarıstan üzgüçüləri Kateqoriya:Macarıstan olimpiya üzgüçüləri