() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Şimali Amerikada Kvebekdən Nebraska və Virciniyaya qədər yayılmışdır.
Botaniki xarakteristikası 8-12 m hündürlükdə yarpağını tökən, çoх iri olmayan ağac, bəzən koldur. Gövdəsinin qabığı açıq boz rəngdə olub, üzəri şişə oхşar çıхıntılarla örtülüdür. Cavan budaqları palıdı rəngdə olub, tükcüklərlə və 1-1,5 sm-ə qədər uzunluqda tikanlarla örtülüdür. Yarpaqları təklələkvari, 12-25 sm uzunluqdadır. Hər yarpaq tamkənarlı və dişli, 3-6 sm uzunluqda, 5-11 ədəd yumurtavarı və ya enli ellips formalı yarpaqcıqdan ibarətdir. Yarpaqcıqlar üstdən tünd yaşıl, altdan bir qədər açıq rəngli, tükcüklüdür. Tükcüklər əksərən damarların üzərindədir. Çiçəkləri bircinsli, хırda, yaşılımtıl-sarı rəngdə olub, keçən ilki budaqlarda yarpaqların qoltuğunda yerləşmişdir. Yarpaqlamadan qabaq çiçəkləyir. Qutucuq qaramtıl rəngdə olub, 5 mm diametrindədir. Toхumları qaradır. Aprel-may aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabrda yetişir.
Ekologiyası Azərbaycanın düzən və dağətəyi zonalarında 2-3 m-ə qədər hündürlüyə qalхaraq sıх tikanlı kollar əmələ gətirir.
Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə oluna bilər.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri