() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü.
Arealı Orta Asiyada, Şimali və Mərkəzi Əfqanıstanda bitir.
Botaniki xarakteristikası Hündürlüyü 5 m-ə çatan, şarşəkilli çətirli, hamar və ya qırışlı, boz rəngli qabığı olan ağac və ya koldur. Budaqları qəhvəyi və ya qonur rənglidir. Yarpaqları 1,2–4,5 sm uzunluqda, 1–3,2 sm enində olub, üçdilimlidir. Üst səthi tutqun ağımtıl yaşıl, alt səthi açıq-yaşıl rənglidir, payızda isə qızılı-sarı çalarlı olur, ayanın kənarları qeyri-bərabər kobud dişlidir. Qaidəsi dərin olmayan ürəkvari və ya dairəvidir, saplağı 3–4 sm uzunluqdadır. May-iyund aylarında çiçəkləyir. Çiçəkləri sarımtıldır, çiçək qrupu başcıqşəkilli süpürgəcikdir. Qanadlı meyvələri 2,8–3,5 sm uzunluqda, al qırmızı və ya çəhrayı, yetişəndə isə açıq-sarı rəngdə olur.
Ekologiyası Quraqlığa davamlı, torpağa az tələbkardır.
Azərbaycanda yayılması Azərbaycanın bir çox bölgələrində mədəni şəraitdə becərilir. Bakı Nəbatat bağında bitkinin bir neçə nümunəsi vardır.
İstifadəsi Azərbaycanda bir çox rayonlarda, bağ və paklarda qrup əkinlərində, canlı hasarların, bordürlərin salınmasında istifadə edilir.
Sinonimləri
Homotipik sinonimləri
İstinadlar
Həmçinin bax