Kiçik Kirs — Azərbaycan Respublikasında dağ. Qarabağ silsiləsində ən hündür zirvələrdən biridir. Şuşa rayonunun cənub-şərqində yerləşir. Zirvənin hündürlüyü bəzi mənbələrə görə 1800 metr, bəzi mənbələrə görə isə 2346 metrdir. "Virtual Qarabağ" saytında göstərilən xəritədə Kiçik Kirs dağın hündürlüyü 2346 m kimi göstərilir.
Toponimikası Ərazidəki Böyük Kirs dağından (2725 m) alçaq olduğu üçün belə adlandırılmışdır.
İstinadlar
Kateqoriya:Şuşa rayonunun dağları Kateqoriya:Dağ zirvəsi – ikiminliklər