2020 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsi olmalı idi. Dankan Lourensin ifa etdiyi "Arcade" mahnısı ilə 2019 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2020-ci ildə Niderland 40 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Niderlandın Rotterdam şəhərində, Rotterdam Ahoy kompleksində "Open Up" () şüarı altında keçirilməli idi. 1958, 1970, 1976 və 1980-ci ildən sonra bu Niderlandda keçirilən beşinci Avroviziya müsabiqəsi olmalı idi. Müsabiqəyə Şantal Cansen, Edsiliya Rombli və Can Smit aparıcılıq etməli idi.
13 noyabr 2019-cu il tarixdə Avropa Yayım İttifaqı Avroviziya 2020-də 41 ölkənin iştirak edəcəyini təsdiqləmişdir. 2019-cu ildə keçirdiyi milli seçim turunda baş verən qalmaqalın ardınca müsabiqədən son anda çıxmaq məcburiyyətində qalan Ukrayna və maliyyə problemləri səbəbindən müsabiqədə iştirakdan imtina edən Bolqarıstan bir illik fasilədən sonra müsabiqəyə geri dönəcək. Ötən il Avroviziyada iştirak edən Macarıstan və Monteneqro isə 2020-ci ildə müsabiqəyə qatılmayacaq. Avroviziya 2020 Yon Ola Sandın direktorluq etdiyi son müsabiqə olacaqdı. Müsabiqə COVID-19 koronavirus pandemiyası səbəbi ilə ləğv olundu.
Keçirildiyi yer thumb|left|Rotterdam Ahoy Dankan Lourensin ifa etdiyi "Arcade" mahnısı ilə 2019 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2020-ci ildə Niderland 40 il sonra yenidən Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə üçün hazırlıqlar qalibiyyətin yaşandığı gecə etibarı ilə başlanmışdır. Müsabiqə 1950-ci ildə tikilmiş və 2018-ci ildəki yenidən təmiredilmə prosesindən sonra 16,500 nəfəri qəbul edə biləcək olan Rotterdam Ahoy kompleksində keçiriləcək. Niderlandınn Rotterdam şəhərində yerləşən kompleks bir çox beynəlxalq hadisələrə ev sahibliyi etmişdir.
Tender mərhələsi Niderlandın baş naziri Mark Ruttenin söylədiyinə görə Niderlandın Avroviziya 2019-dakı qələbəsindən bir neçə saat sonra bir çox şəhər merləri müsabiqəyə ev sahibliyi etmək üçün öz namizədliklərini irəli sürmüşdürlər.
AVROTROS və NPO telekanalları 29 may tarixində müsabiqəyə ev sahibliyi edəcək şəhərin seçilməsi üçün təkliflər prosesini başlatmışdır. İlkin mərhələdə qaydalar çərçivəsində doqquz şəhər (Amsterdam, Arnem, Breda, Haaqa, Hertoqenbos, Leuvarden, Maastrixt, Rotterdam və Utrext) öz namizədliyini irəli sürmüşdür. 12 iyunda namizəd şəhərlərə müsabiqənin keçiriləcəyi məkan üçün tələb olunan meyarlar təqdim olunmuşdur.
Bu doqquz namizəd şəhərdən 10 iyuladək ev sahibliyi üçün lazım olan bacarıqlarını nümayiş etdirmiləri üçün namizədlik kitabçaları hazırlamaları tələb olunmuşdur. Lakin bunun ardınca paytaxt Amsterdam müsabiqənin keçiriləcəyi müddət ərzində nəzərdə tutulmuş arenada digər mərasimlərin baş tutacağını nəzərə alaraq, namizədlik təklifini geri çəkmişdir. Eyni zamanda Bredanın maliyyə çətinlikləri ilə bağlı olaraq, Leuvarden və Haaqanın isə nəzərdə tutduqları arenaların müsabiqəyə uyğun olmadıqları üçün namizədlikləri qüvvədən düşmüşdür. Haaqa meri Rotterdam şəhərinə dəstək olduğunu bildirmişdir.
10 iyulda geriyə qalan beş namizəd şəhər (Arnem, Hertoqenbos, Maastrixt, Rotterdam və Utrext) Hilversum şəhərində baş tutan mərasimdə öz namizədlik kitabçalarını təqdim etmişdirlər. AVROTROS və NPO təklifləri incələdikdən sonra 16 iyulda Arnem, Hertoqenbos və Utrexti namizədlər siyahısından çıxararaq, Maastrixt və Rotterdamı əsas namizədlər olaraq elan etmişdirlər. 30 avqust tarixində NPO 1 və AYİ Rotterdamın 2020 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyini rəsmi olaraq təsdiqləmişdir.
Şəhər Arena Tutum Qeyd Arnem GelreDome 34,000 UEFA Avro 2000-yə ev sahibliyi edib. Hertoqenbos Brabanthallen 's-Hertogenbosch 11,000 — Maastrixt MECC Maastricht 20,000 — Rotterdam Ahoy Rotterdam 15,818 2007 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə, 2000, 2001 və 2003-cü illərdə isə Niderlandın Avroviziya seçim turlarına ev sahibliyi edib. . 1997 və 2016 MTV Avropa Musiqi mükafatları mərasimləri bu məkanda keçirilib. Utrext Jaarbeurs 11,000 1974 və 1975-ci illərdə Niderlandın Avroviziya seçim turları burada keçirilib.
İştirakçı ölkələr 41 ölkənin iştirak etdiyi Avroviziya 2020 otuz beş ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (birinci yarımfinalda on yeddi, ikinci yarımfinalda on səkkiz ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunacaqdır. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Niderland müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanacaqlar.
1-ci yarımfinal 12 may tarixində baş tutacaq yarımfinal mərhələsində 17 ölkə iştirak edəcək. Bu yarımfinalda iştirak edəcək bütün ölkələr və eyni zamanda Almaniya, İtaliya və Niderland səsvermədə iştirak edəcək. Ölkə Dil Müğənni Mahnı Tərcümə İlk hissə İngiliscə Monten Don't Break Me Məni qırma Belarusca VAL Da Vidna Sübhədək İngiliscə Lesli Roy Story Of My Life Mənim həyat hekayəm İngiliscə The Mamas Move Hərəkət İngiliscə The Roop On Fire Alov üstündə İngiliscə,İspanca Little Big Uno Bir Slovencə Ana Sokliç Voda Su İngiliscə Vasil You Sənİkinci hissə İngiliscə, Yaponca Samira Əfəndi Cleopatra Kleopatra İngiliscə Huverfonik Release Me Məni burax İngiliscə, İvritcə, Ərəbcə, Amharca Eden Alene Feker Libi Mənim sevgim İngiliscə Sandro Running Qaçış İngiliscə Destini Çukunyere All Of My Love Bütün sevgim İngiliscə Ulrikke Brandstorp Attention Diqqət İngiliscə Roksen Alcohol You Alkoqol sən Ukraynaca Go_A Solovey Bülbül Xorvatca Damir Kedzo Divlji vjetre Vəhşi küləklər Ölkə Dil Müğənni Mahnı Tərcümə2-ci yarımfinal 14 may tarixində baş tutacaq yarımfinal mərhələsində 17 ölkə iştirak edəcək. Bu yarımfinalda iştirak edəcək bütün ölkələr və eyni zamanda Böyük Britaniya, Fransa və İspaniya səsvermədə iştirak edəcək. İlk hissə İngiliscə Vinsent Bueno Alive Sağ İngiliscə Benni Kristo Kemama Yaxşı, ana İngiliscə Uku Suviste What Love Is Sevgi nədir İngiliscə Dadi & Gagnamagnid Think About Things Birşeyləri düşün İngiliscə Nataliya Qordienko Prison Həbsxana İngiliscə Alisya Şemplinska Empires İmperiyalar İngiliscə Senit Freaky! Çılğın! Serbcə, İngiliscə, İspanca Hurricane Hasta la vista Görüşənədək İngiliscə Stefania Superg!rl Super qızİkinci yarı İngiliscə Arilena Ara "Fall from the sky" Səmadan düşüş İngiliscə Viktoriya Tears Getting Sober Gözyaşları ayılır İngiliscə Ben & Tan Yes Hə İngiliscə Atena Manukyan Chains On You Üstündəki zəncirlər İngiliscə Aksel Kankaanranta Looking Back Geriyə baxmaq İngiliscə, Fransızca, İtalyanca, İspanca, Almanca Tornike Kipiani Take Me As I Am Məni olduğu kimi qəbul et Fransızca Qyonz Tirz Répondez-moi Mənə cavab ver İngiliscə Samanta Tina Still breathing Hələ də nəfəs alıram Portuqalca Elisa Medo de sentir Hiss etməkdən qorxan
Final Sıra Ölkə Dil Müğənni Mahnı Tərcümə İngiliscə Ben Doliç Violent Thing Zorakı bir şey İngiliscə Ceyms Nyumen My Last Breath Son nəfəsim İngiliscə, Fransızca Tom Lib The Best In Me İçimdəki ən yaxşısı İspanca Blez Kanto Universo Kainat İtalyanca Diodato Fai Rumore Səs-küy sal23 (ev sahibi-ölkə) İngiliscə Cinqu Makruy Grow Böyü
Digər ölkələr Aşağıda adları göstərilən ölkələrin fərqli səbəblərə görə Avroviziya 2020-də iştirak etməyəcəkləri təsdiqlənmişdir.
Avropa Yayım İttifaqına üzv ölkələr – 2019-cu ilin mart ayında Andorranın RTVA telekanalı gələcək illərdə Avroviziyada iştirak edə bilmək üçün Kataloniyanın TV3 kanalı ilə əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etmişdir. Daha öncə iki telekanalın əməkdaşlığı nəticəsində Andorra 2004-cü ildə Avroviziyada debüt etmişdir. 22 may tarixində RTVA Andorranın Avroviziya 2020-də iştirak etməyəcəyini təsdiqləmişdir. Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur. – 28 dekabr 2018-ci il tarixində Bosniya və Herseqovinanın BHRT telekanalının nümayəndə heyətinin rəhbəri Leyla Baboviç müsabiqəyə geri qayıtmaq telekanalın hal-hazırkı əsas hədəfi olduğunu söyləmişdir. Lakin ciddi maliyyə problemləri və Avropa Yayım İttifaqına olan böyük miqdarda borc bunu çox çətinləşdirir. 2019-cu ilin iyul ayında AYİ-nin sanksiyalarının nəticəsi olaraq Bosniya və Herseqovinanın Avroviziya 2020-də iştirak edə bilməyəcəyi təsdiqlənmişdir. Bosniya və Herseqovina Avroviziyada son dəfə 2016-cı ildə Stokholmda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 11-ci yeri tutaraq, finala adlaya bilməmişdi. – 1993-cü ildən bəri müsabiqədə iştirak etməməsinə baxmayaraq, ölkədə ildən ilə artan fanat kütləsi Lüksemburqun Avroviziyaya geri dönməsi üçün petitisiya hazırlayaraq RTL telekanalına və Lüksemburqun deputatlar palatasına göndərmişdirlər. Eyni zamanda 1973-cü ildə Lüksemburqa Avroviziya qələbəsini yaşadan Ann-Mari David də ölkəni müsabiqəyə geri dönməyə səsləmişdir. Lakin RTL telekanalı 23 iyul tarixindəki açıqlamasında Lüksemburqun Avroviziya 2020-də iştirakı telekanalın büdcəsinə zərər vura biləcəyini açıqlamış və eyni zamanda telekanalda hal-hazırda əyləncə proqramlarına geniş yer ayrılmadığı vurğulanmışdır. Lüksemburq Avroviziyada son dəfə 1993-cü ildə İrlandiyada keçirilən müsabiqədə iştirak etmiş və nəticədə 20-ci yeri tutmuşdur. – 2019-cu ilin oktyabr ayında Macarıstanın MTVA telekanalı adəti üzrə Avroviziya üçün seçim turu kimi keçirilən A Dal mahnı yarışmasının 2020-ci ildə Avroviziya üçün deyil, sırf Macarıstan estradasına töhfə vermək üçün istifadə olunacağını bəyan etmişdir. 13 noyabrda AYİ Macarıstanın Avroviziya 2020-də iştirak etməyəcəyini təsdiqləmişdir. Bir müddət sonra Avropanın müxtəlif xəbər saytlarında ölkənin 2020-ci ildə müsabiqədən ayrılmasına əsas səbəb kimi LGBT nümayəndələrinin müsabiqədə təmsil olunması göstərilsə də, Macarıstanın MTVA telekanalı və eyni zamanda bir neçə dövlət siyasətçisi yayılan xəbəri cəfəngiyyat adlandırmışdır. – 6 avqust 2019-cu il tarixdə Monakonun TMC kanalı ölkənin 2020-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlamışdır. Monako Avroviziyada son dəfə 2006-cı ildə Afinada keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur. - Monteneqronun RTCG telekanalı Avroviziya 2020-də ilkin iştirakını təsdiqləmiş olsa da, 8 noyabr 2019-cu il tarixdə telekanalın maliyyə problemləri səbəbindən Avroviziya 2020-də iştirak edə bilməyəcəyi xəbəri yayılmışdır. Bunun ardınca RTCG telekanalının direktoru Bojidar Şundiç iştirak ilə bağlı son qərarın verilmədiyini bəyan etmişdir. 13 noyabrda AYİ Monteneqronun Avroviziya 2020-də iştirak etməyəcəyini təsdiqləmişdir. – 5 iyun 2019-cu il tarixdə Slovakiyanın RTVS telekanalı maliyyə problemləri və ölkədə yarışmaya olan marağın az olması səbəbindən Slovakiyanın Avroviziya 2020-də iştirak etməyəcəyini açıqlamışdır. Slovakiya Avroviziyada son dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur. – 2018-ci ilin avqust ayında TRT telekanalının baş direktoru İbrahim Eren Avroviziya ilə bağlı açıqlamasında telekanalın onların milli dəyərlərinə uyğun olmayan bir proqramı yayımlaya bilməcəyini açıqlamışdır. 2019-cu ilin sentyabr ayında AYİ Türkiyənin Avroviziyada iştirak üçün namizədliyini irəli sürmədiyini təsdiqləmişdir. Türkiyə Avroviziyada son dəfə 2012-ci ildə Bakıda keçirilən müsabiqədə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.
Avropa Yayım İttifaqına üzv olmayan ölkələr – Müstəqilliyi bir neçə Avropa ölkəsi (Serbiya, Bosniya və Herseqovina, İspaniya, Yunanıstan, Rusiya, Ukrayna, Azərbaycan və s.) tərəfindən hələ də tam olaraq tanınmayan Kosovonun RTK telekanalının baş direktoru Mentor Şala telekanalın Avropa Yayım İttifaqına üzv qəbul olunması üçün çalışmaların davam etdiyini bildirmişdir. 2019-cu ilin iyun ayında Kosovonun AYİ-nə üzv qəbul olunması üçün keçirilən səsvermədə Kosovo növbəti dəfə quruma üzv seçilə bilməmişdir.