İrina Rimes, İrina Rimeş və ya İrra (tam adı: İrina Rimes, ; ) — Moldova-Rumıniya müğənnisi və söz yazarı. Hazırda Rumıniyanın Buxarest şəhərində yaşayır və fəaliyyət göstərir.

O, 2012-ci ildə Moldovada Fabrica de staruri istedad yarışmasının finalçısı olduqdan sonra məşhurlaşmışdır. 2018-ci ildə Vocea României (Rumıniyanın səsi) yarışmasında münsiflər heyətinin dörd üzvündən biri idi.

Həyatı və karyerası 1991–2015: Uşaqlığı və musiqidə ilk addımları İrina 22 avqust 1991-ci ildə Floreşt rayonunda anadan olmuşdur. Valentina və Tudor Rimeşin ilk övladıdır. Özündən balaca Vitali adlı bir qardaşı var. İrina müsahibələrndə qeyd edirdi ki, ailəsi, xüsusilə də atası və ata nənəsi onda musiqiyə maraq oyatmışdır: nənəsinin çox yaxşı səsi vardı. "Nənəm kilsə xorunun üzvü olmuşdur, mən onun sobanın yanında əyləşib bizə necə şən mahnılar oxuduğunu xatırlayıram", deyə İrina qeyd edir. İrina hələ uşaq yaşlarından yazmağa və mahnı bəstələməyə maraqlı idi: "Mən şeir yazmağa məktəbə getməzdən əvvəl başlamışam. Yadımdadır ki, mahnı oxumağı, yazmağı və mütaliə etməyi evdə ikən öyrənmişdim." Sorokaya köçən müğənni burada 2010-cu ilədək Konstantin Stere Nəzəri Liseyində təhsil almışdır. Daha sonra Kişinyovda Musiqi, teatr və plastika Akademiyasından məzun olmuşdur. O, 2012-ci ildə Moldovada Fabrica de staruri istedad yarışmasında iştirak etmiş və finala keçmişdir.

2016-cı ildən indiyədək: Visele and Despre el Rimesin ilk sinqlı Visele (Xəyallar) 2016-cı ildə Rumıniya Airplay 100-lüyündə 1-ci yerə yüksəlmişdir. Bununla əlaqədar olaraq, 2017-ci ildə Radio Rumıniya Musiqi Mükafatlarında ilin ən yaxşı debütü mükafatını almışdır. Rimes həmçinin İnna, Raluka, Andra, Alina Eremiya, Nikoleta Nuka və Antonia kimi müxtəlif rumın müğənniləri üçün mahnı yazmışdır. Rumıniyada dərc edilən Cosmopolitan onu "2016-cı ilin kəşfi" adlandırmışdır. 2017-ci ildə Rimes Universal Music France ilə müqavilə imzalamış və Despre el (Onun haqqında) adlı ilk albomunu çıxartmışdır.

Diskoqrafiya Albomlar Despre el (2017) Cosmos (2018)

Sinqllar Əsas ifaçı kimi Adı Sinql ROU Albom "Visele" 2016 1 Despre el "Iubirea noastră mută" 84 "Da' ce tu" — "Haina ta" — "Ce s-a întâmplat cu noi" 2017 11 "My Favourite Man" Albomda deyil "Bandana" (feat. Killa Fonic) Despre el "Bolnavi amândoi" "Cosmos" "Octombrie Roșu" "Eroii pieselor noastre" "Beau" 2018 TBA "În locul meu" "Cel mai bun prieten" "Cel mai bun DJ (feat. The Motans)"

Xüsusi ifaçı kimi Adı Sinql ROU Albom "I Loved You" (DJ Sava feat. İrina Rimes) 2016 24 "Cupidon" (Guess Who feat. İrina Rimes) 2017 50 "Piesa noastră" (Killa Fonik feat. İrina Rimes) 2017 "Stai lângă mine" (Vunk feat. İrina Rimes) 2017

Söz yazarı kimi İl Mahnı Müğənni Müəlliflər Albom 2016 „Ieri erai” Raluka Raluka Nistor Tea Mikulesku Aleksandru Antonesku Marius İvança — „Zbor” Raluka Raluka Nistor Katalin Tamazlikaru Andrey Yonițsa — „Cum ar fi?” İnna Aleksandra Apostolanu — 2017 „Dor de tine” Antonia Aleka Kotoy — „Poartă-mă” Alina Eremiya — — „Sunt puternică” Andra — Iubirea schimbă tot „Minte-mă” Karmen Açi Petre Vlad Lukan — „Du-mă spre noi” Raluka — — „Ai uitat cine ești” Nikoleta Nuk — — 2018 „Nu acum” İlinka — — „CSF, n-ai CSF” Ana Baniçu — — „Undone” Raluka Nikoleta Qavrilitsa —

İstinadlar

Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Moldova müğənniləri