Dmitri Qrebensov (tam adı: Dmitri İvanoviç Qrebensov, ; ) — "Syatko" ("Qığılcım") jurnalının birinci redaktoru. Erzyan əsilli jurnalist.

Həyatı Dmitri Qrebensov 1895-ci ildə indiki Mordoviya Respublikasının Bölşe Bereznikovski rayonu, Buzayevo kəndində anadan olmuşdur. Kilsə məktəbində oxumuşdur. Bir müddət Mordoviya Ali kənd təsərrüfatı məktəbinə rəhbərlik etmişdir. Saransk şəhərində yaşamışdır. 24 may 1938-ci ildə haqqında SSRİ Ali məhkəməsinin qərarı ilə qüllələmə əmri çıxarılmışdır. 1956-cı il 7 iyul tarixində isə ona ölümündən sonra bəraət verilmişdir.

Ədəbiyyat Реабилитация: Политические процессы 30–50-х годов. — М., 1991; Реабилитация: как это было. — Москва, 2000. — Т. 1; Тязин Е. Н. Реабилитация граждан, осуждённых в Мордовии в 1930-х гг. по политическим мотивам //Юридическая наука в Мордовском государственном университете. — Саранск, 2000. Энциклопедия Мордовия, М. С. Букин, Е. Н. Тязин.