Kun krateri () — Ayın görünməyən tərəfindəki Cənub qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Riçard Kunun şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir.
Kraterin təsviri Kun kraterinə ən yaxın yerləşən krater Vixert krateridir və ondan qərbdə yerləşir. Laveran krateri bu kraterdən şimal-qərbdə, Koxer krateri şərqdə və Sverdrup krateri isə cənubda yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları , dərinliyi 16,6 km, dərinliyi isə 2,7 km-dir.
Kun kraterinin cənub-şərqində kiçik çıxıntı var və krater dairəvi formadadır. Kraterin səthinin şərq hissəsi kəskin və aydın şəkildə seçilən kiçik bir kraterin səthi ilə əhatə olunmuşdur. Ərazinin ətrafındakı şaftın hündürlüyü 730 m-dir. Cənub qütbünə yaxınlığına görə kraterin dib hissəsi praktiki olaraq daima kölgədədir.
İstinadlar
Mənbə
Xarici keçidlər LAC-144 area – Map of southern lunar pole
Kateqoriya:Ay kraterləri