Son Ha-Rim (d. 12 yanvar 1985) — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Karyerası Son Ha-Rim Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Daha sonra Son Ha-Rim Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Həmçinin bax Cənubi Koreya 2008 Yay Olimpiya Oyunlarında Cənubi Koreya 2016 Yay Olimpiya Oyunlarında
İstinadlar
Kateqoriya:Cənubi Koreyanın Olimpiya həndbolçuları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:Olimpiya bürünc medalına sahib Cənubi Koreya idmançıları Kateqoriya:2008 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:2018 Asiya Oyunları medalçıları