Ölüm qarşısında bərabərlik () — Fransa rəssamı Vilyam Buqro tərəfindən 1848-ci ildə yağlı boya ilə kətan üzərində işlənmiş rəsm əsəridir. 141x269 sm ölçüyə malik olan əsər Orse muzeyində nümayiş etdirilir.
Tarixi Milli Ali İncəsənət Məktəbində cəmi iki il təhsil aldıqdan sonra Buqro "Ölüm qarşısında bərabərlik" əsəri ilə ilk dəfə Paris Salonunda iştirak edir. Əsərin əsas mövzusu, necə həyat sürmələrindən asılı olmayaraq bütün insanların ölüm qarşısında bərabər olmasıdır. Təqdim edilməsindən sonra əsər, əsasən nü janrında kişi obrazları mövzusuna həsr edilmiş bir çox sərgilərdə nümayiş etdirilmişdir.
Təsviri Rəsm əsərində cəsədi tamamilə çılpaq uzadılmış gənc oğlanın üzərini kəfənlə örtmək üçün uçan ölüm mələyi təsvir edilmişdir. Sol tərəfdə aşağı küncdə rəssam öz imzasını qoymuşdur.
İstinadlar
Kateqoriya:Alleqorik rəsm əsərləri Kateqoriya:Orse muzeyinin kolleksiyasındakı rəsm əsərləri Kateqoriya:Vilyam Buqronun rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər Kateqoriya:Ölüm haqqında rəsm əsərləri