280px|thumb|Hacı Muradın qəbri Hacı Muradın nəşinin oğurlanması — Azərbaycanın Qax rayonunda dəfn edilmiş Şeyx Şamilin naibi Hacı Muradın sümüklərinin oğurlanması hadisəsi. Hadisənin 31 may 2019-cu ildə baş verdiyi ehtimal edilir. Çıxarılmış qalıqlar, 2 iyunda öz vətənində Dağıstanın Xunzax rayonunda dəfn edilməsi haqda məlumatlar yayılıb. Azərbaycanın rəsmi dövlət orqanları bununla bağlı bir bəyanat verməsələrdə, Hacı Muradın məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmənin sökülməsi, orada qazıntı aparılması iddianın əsassız olmadığını göstərir.
Təkrar dəfn Hacı Murad 5 may 1852-ci ildə Qaxın Tanqıt kəndi yaxınlığında kazaklar tərəfindən mühasirəyə alınır. 11 saatlıq döyüşdən sonra Hacı Murad və silahdaşları öldürülür. Hacı Muradın başı kəsilərək Tiflisə canişin Y. Vorontsova göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş sonradan Çar I Nikolayın əmri ilə görkəmli rus anatomu və cərrahı N. N. Piroqova göndərilir. N. N. Piroqov tərəfindən mumiyalandıqdan sonra başı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir. Uzun illər Hacı Muradın kəlləsinin Azərbaycanda olan məzarında basdırılma məsələsi müzakirə olunur. Bunu asanlaşdırmaq üçün kəlləni Rusiya Federasiyasının muzey fondundan çıxarılır. Ancaq qohumların fikir ayrılığı səbəbiylə 2018-ci ilin əvvəllərində onun basdırılması baş tutmur. 2019-cu ilin yanvarında Hacı Muradın başını Dağıstana qaytarmaq və onu burada basdırmaq planları açıqlanır. İlkin olaraq bu haqda bəyanatı Ədalətli Rusiya Partiyasının lideri, Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov bildirir. 2019-cu ilin may ayının sonunda xəbərlər çıxdı ki, iyunun 2-də Hacı Muradın qalıqları Azərbaycanın Qax rayonundan gətirilərək Xunzax kəndində yenidən dəfn olunacaq. Bununla belə Xunzax rayon administrasiyası rəsmi olaraq bu məlumatın doğru olmadığını bəyan edir. Ancaq Hacı Muradın iddia edilən qalıqları 2 iyun 2019-cu ildə Xunzax rayonu ərazisində yenidən dəfn edilib.
Reaksiyalar Müsavat Partiyasının başqanı Arif Hacılı iyunun 6-da Qax rayonunun Tanqıt kəndi yaxınlığında Birinci Qafqaz müharibəsinin iştirakçısı və imam Şamilin silahdaşı Hacı Muradın məzarı olan qəbiristanlıqda olub. Amerikanın səsinə müsahibəsində Hacı Muradın cəsədinin qalıqlarının oğurlandığı qənaətinə gəldiyini bildirib: Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa PİA.az saytına bununla bağlı verdiyi müsahibədə bildirib:
İstinadlar
Kateqoriya:Oğurluq