Abbaslı — Azərbaycan Respublikasının Şəmkir rayonunun Abbaslı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Şəmkir çayının sahilində, dağ ətəyindədir. Oykonim abbaslı/abaslı etnonimi ilə bağlıdır. Yerli əhalinin verdiyi məlumata görə, kəndin əsası XIX əsrdə İrəvan quberniyasından gəlmiş eyniadlı nəslə məxsus ailələr tərəfindən qoyulmuşdur. 1917-ci ildə Yardımlı rayonunun Şiləvəngə inzibati ərazi vahidində Abaslı kənd adı qeydə alınmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi Əhalisinin sayı 2970 nəfərdir (2015). Əhalinin əsasə məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.

İstinadlar

Kateqoriya:Şəmkir rayonunun kəndləri