thumb|sağ|250px| Vestminster sarayı Vestminster sistemi, İngiltərə parlamenti və hökumət qurumlarını ifadə etmək üçün istifadə olunur. Böyük Britaniya parlamenti Londonda, Vestminster Sarayında yerləşir, bu səbəbdən bu modeldə Vestminster modelini adlanır.
Modelin analizi
İcraedici hakimiyyət İngiltərə höhumətinin ən güclü orqanı icra edici hakimiyyət olan onun hökumət kabinetidir. Kabinet ümumilikdə parlamentdə çoxluğu təşkil edən partiyanın üzvlərindən formalaşır. Koalisiya tipli kabinetlərə çox nadir hallarda rast gəlinir. İngiltərədə 2 partiyalı sistem olduğu üçün 2 ana partiyanın gücləri təxminən bir-birinə bərabər olduğu üçün seçkilərdə qalib gələn partiya çox cüzi fərqlə çoxluğu ələ keçirir. Bu baxımdan İngiltərədə təkpartiyalı və darçoxluqlu hökumət kabineti çoxluğun idarəçiliyin ən tipik nümunəsidir. İngiltərədə parlamentar idarəetmə üsulu ilə idarə olunur. Yəni,hökumət kabineti parlamentin etimadına əsasən işləyir.
Qanunverici hakimiyyət Vestmister modelində qanunverici hakimiyyət parlamentə məxsusdur. İngiltərə parlamenti 2 palatadan ibarətdir: Ümumxalq səsverməsi yolu ilə seçilmiş İcmalar palatası. Vərəsəlik yolu ilə üzvlük qazanan Lordlar palatası. Qanunvericilik səlahiyyəti 1-ci palataya məxsusdur. Lordlar palatasının yeganə səlahiyyəti və gücü qanunların qəbul edilməsini gecikdirməkdir. Lordlar palatası maliyyə məsələlərində qanunları 1 ay, digər məsələlərdə isə 1 il gecikdirə bilərlər.
Vestminster modelini tətbiq edən ölkələr thumb|sağ|200px|Parlament binası, Kanbera, Avstraliya thumb|sağ|200px|Sansad Bhavan Parlament binası, Yeni Delhi, Hindistan thumb|sağ|200px|Parlament binası, Kuala Lumpur, Malaziya 200px|thumb|sağ|Parlament binası, İslamabad, Pakistan Vestminster modeli əsasən tətbiq olunan ölkələr: Antiqua və Barbuda Avstraliya Baham adaları Bermud adaları Bangladeş Barbados Beliz Kanada Dominikan Respublikası Qrenada Hindistan İraq İrlandiya İsrail Yamayka Malaziya Malta Mavriki Nauru Yeni Zellandiya Pakistan Papua Yeni Qvineya Sent-Kits və Nevis Sent-Lüsiya Sinqapur Sent-Vinsent və Qrenadin Solomon adaları Trinidad və Tobaqo Tuvalu Birləşmiş Krallıq Vanuatu
Kateqoriya:İngiltərə Kateqoriya:Qərb mədəniyyəti Kateqoriya:Siyasət Kateqoriya:Hökumət Kateqoriya:Siyasi sistemlər Kateqoriya:Vestminster modeli