Albaniya Respublikası Konstitusiya Məhkəməsi () — konstitusiyanın (Kushtetuta) şərhi və qanunların konstitusiyaya uyğunluğu məsələlərini həll edən səlahiyyətli orqan. Məhkəmə konstitusiyaya hörməti təmin edir və onun şərhləri ali hüquqi qüvvəyə malikdir.

Konstitusiya Məhkəməsi Parlamentin (Kuvendi) razılığı ilə Prezident (Presidenti) tərəfindən təyin edilən 9 hakimdən ibarətdir.

Səlahiyyətləri Albaniya Konstitusiyasının 168-177-ci maddələrinə əsasən, Konstitusiya Məhkəməsi aşağıdakı məsələlər üzrə üzvlərinin səs çoxluğu ilə qərar qəbul edir: 126-cı maddəyə əsasən, qanunların Konstitusiya və beynəlxalq müqavilələrə uyğunluğu ratifikasiya edilməzdən əvvəl beynəlxalq müqavilələrin Konstitusiyaya uyğunluğu mərkəzi və yerli orqanların normaiv aktlarının Konstitusiya və beynəlxalq müqavilələrə uyğunluğu hakimiyyətlər, o cümlədən mərkəzi və yerli icra hakimiyyəti arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr 9-cu maddəyə əsasən, partiyaların və digər siyasi təşkilatların, həmçinin onların fəaliyyətinin Konstitusiyaya uyğunluğu Respublika Prezidentinin vəzifəsindən azad edilməsi və onun funksiyalarının həyata keçirilməsinin mümkünsüzlüyünü yoxlamaq Respublika Prezidentinin və deputatların funksiyalarının icra edilməsində uyğunsuzluq, seçki, habelə seçki nəticələrinin təsdiq edilməsi ilə əlaqədar məsələlər referendumun Konstitusiyaya uyğunluğu və nəticələrinin təsdiq edilməsi hər kəs hüquqlarının qorunması üçün bütün qanuni vasitələrdən istifadə etdikdən sonra konstitusional hüquqlarının pozulması ilə bağlı verdiyi fərdi şikayətlər üzrə yekun qərar

Sədrləri No. AdıSəlahiyyət müddəti1Rüstəm Cata19 may 199214 mart 19982Fehmi Abdiu23 aprel 19983 may 20043Cerc Sauli 3 may 200416 may 20074Vladimir Kristo23 may 200727 sentyabr 20105Başkim Dedya27 sentyabr 2010vəzifədədir

Həmçinin bax Albaniyanın siyasi sistemi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Albaniyada siyasət Kateqoriya:Konstitusiya məhkəmələri Kateqoriya:Albaniyanın dövlət quruluşu