400px|thumb|right|Buxara karvansarasında miniatürlər Azərbaycanda miniatür sənəti — Azərbaycanda tarixən və müasir dövrdə icra edilən təsviri sənət növü.

Orta əsrlər və erkən müasir dövr

200px|thumb|left|Azərbaycan ovçuluq xalçası. Şirvan məktəbi XV əsrin ortalarında Qaraqoyunlu və sonra Ağqoyunlu dövlətləri ərazisində geniş yayılmış Təbriz miniatür məktəbinin "türkmən" üslubu meydana gəldi. Bu üslubun bir çox miniatürləri nəinki Təbrizdə, həm də müasir Azərbaycan ərazisində yerləşən bəzi orta əsr şəhərlərində, Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıda ortaya çıxdı (Şamaxı antologiya əlyazması, 1468, Britaniya muzeyi, London). XIV əsrin əvvəllərində Elxani vəziri Rəşidəddinin emalatxanalarında işləyən rəssamların yaratdığı arxaik ənənələrin izləri XV əsr bakılı rəssam Əbdul Baqi Bakuvinin miniatürlərində də müşahidə olunur. Bakuvinin "At və sahibi" əsəri son dövr Yuan və erkən Min sülaləsi dövründə Çində çox məşhur olan döyüşçü təsvirinin İslami variantıdır. Topqapi Sarayi Muzesi Islam Minyaturleri

XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatmış, Siawosh AZADI; Latif KERIMOV; Werner ZOLLINGER. Azerbaijani-Caucasian Rugs. — Switzerland Ulmke Collection, 2001. — p. 135. — ISBN 3-925813-10-1 / 9783925813108 Britannica Encyclopedia. Iran. Shah Abbas. dövrün miniatürist rəssamları, xəttatları Azərbaycan ornamental incəsənət məktəbinin formalaşmasında mühüm rol oynamışdır. Bu isə daha sonra Şərq incəsənətində və vahid Təbriz məktəbinin yaranmasında böyük təsirə səbəb olmuşdur.Britannica Encyclopedia. Tabriz school. Р. Тагиева — Азербайджанский ковёр, Баку, 2003, стр. 158–163

Orta əsrlərdə Azərbaycanda kitablara illüstrasiya çəkilməsi ənənəvi sənət idi. Bunlardan biri də XVIII əsrə aid Azərbaycan dilində yazılmış "Kəlilə və Dimnə" əlyazmasındakı sulu boya, lələk və mürəkkəblə çəkilmiş rəsmlərdir.

Xəttat kitabın icraçısı və konstruktoru idi. O, miniatür və bəzəklər üçün boş səhifələr qoyurdu və miniatürçü-rəssam-müsavvirin gələcək işlərini təyin edirdi. XVII–XVIII əsrlər yaranan çətin şəraitə görə miniatür sənəti zəifləmişdir, bu zəifləmə prosesi XIX əsrdə də davam etmişdir. XVIII əsrdə əsası qoyulmuş Şəki xan sarayının köhnə rəsmləri miniatür rəssamlığına yaxındır.Миклашевская, 1954. səh. 496

XIX əsr

200px|thumb|left|Gənc qadının portreti. Mirzə Qədim İrəvani. Rəsmdə miniatür təsiri (xalçanın haşiyələrinin şaquli olması) var. XIX əsrin məşhur miniatüristləri Əvəzəli ("Kəlilə və Dimnə", 1809), Mirzə Əliqulu ("Şahnamə", 1850), Nəcəfqulu Şamaxılıdır ("Yusif və Züleyxa", 1887). Mirzə Qədim İrəvani, Əvəzəli, Nəcəfqulu və Mir Möhsün Nəvvabın əsərlərində klassik miniatür ənənələri ilə Avropa realizminin vəhdət təşkil etməsi müşahidə edilir.

AMEA Əlyazmalar İnstitutunda iki ədəd, Azərbaycan dilində "Kəlilə və Dimnə" əlyazması mövcuddur. Biri Əvəzəli ibn Səfiquluya məxsusdur, digəri isə İran Azərbaycanında yaradılmışdır. Hər iki əsər "Ənvəri-Süxeyli"dən tərcümə edilmişdir, miniatürlərlə zəngindir. İran Azərbaycanında yaradılmış, azərbaycandilli "Kəlilə və Dimnə" əlyazmasının miniatürləri sənət baxımından daha güclüdür. Əvəzəlinin əlyazmasında 118 miniatür vardır.Çınarcı, Yrd. Doç. Dr. Mehmet Nuri. "BAKÜ EL YAZMALARI ENSTİTÜSÜ’NDEKİ TÜRKÇE EL YAZMALARI-I (HALK EDEBİYATI NUMUNELERİ)". Türklük Bilimi Araştırmaları, sy. 36, 2015, ss. 33–60, doi:10.17133/tba.77362.

1829-cu ildə Əsədullah ibn Ağa Hadi tərəfindən köçürülmüş "Nuşafərin və Gövhərtac" əsərinin miniatürləri Usta Qənbər Qarabaği tərəfindən çəkilmişdir. Əsərin 23 miniatürü var. "Sultan İbrahimin tac qoyma mərasimi", "İbrahimin Nuşafərinlə görüşmək üçün Suriyaya gəlişi", "Nuşafərinin Sultan İbrahimlə ilk tanışlığı" kimi əsər miniatürləri xüsusilə fərqlənir.

Xurşidbanu Natəvanın AMEA Əlyazmalar İnstitutunda "Gül dəftəri" saxlanılır. Buradakı rəsmlər Natəvanın rəssam-miniatürçü olduğunun, gözəl əl qabiliyyətinə malik olduğunun bir sübutudur. Albomdakı şeirlər məzmunla bağlı mənzərələrlə, quş, heyvan, gül və digər təbii təsvirlərlə birlikdə verilmişdir. Miniatür mənzərələr, xüsusilə Bakıya bənzər dəniz sahili real üslubda çəkilmişdir.

Gürcüstanın Dövlət İncəsənət Muzeyində şərq minyatürləri kolleksiyasında Mirzə Qədim İrəvaniyə məxsus iki ədəd tamamən bir-birinə bənzəyən "Güllər və quşlar" miniatürləri saxlanılır.Миклашевская, 1954, с. 99. Onun tərəfindən çəkilmiş "Gənc oğlanın portreti" və "Əyləşmiş qadın portreti" rəsmləri Şərqin orta əsrlər miniatür ənənələri ilə sıx bağlıdır.Костина Е. Искусство Азербайджана / Под общ. ред. Б. В. Веймарна, Ю. Д. Колпинского. — Всеобщая история искусств. — М.: Искусство, 1964. — Т. 5. İrəvani rəsmlərində çəkdiyi xalçaların haşiyəsini tamamilə şaquli istiqamətdə təsvir edirdi. Buna görə də, o, orta əsr miniatürlərinin şərtiliyindən kənara çıxa bilmirdi. Hətta sonrakı dövr Şərq miniatürlərində də (XX əsrin sonlarında) real təsvir üsulları yoxdur; bütün müstəvilər adətən şaquli, bəzən hətta tərs perspektivdə göstərilmişdir.Миклашевская, 1954, с. 101.

Mir Möhsün Nəvvab

200px|thumb|right|Mir Möhsün Nəvvab Mir Möhsün Nəvvab hələ yeniyetmə ikən kitablara illüstrasiya çəkməyə başlamışdır. O, mövzunu oxucuya güclü şəkildə çatdırmaq üçün rəng ahənginə fikir verirdi, düzgün rəngləri seçirdi. Onun Azərbaycan miniatür sənətində böyük rolu olmuşdur. Onun 1864–1865-ci illərdə "Bəhr ül-xəzan"a ("Qəm dəryası") çəkdiyi miniatürlər dini mövzuludur. Bu poemada Kərbəla faciəsi, İmam Hüseynin və yaxınlarının ölümü təsvir edilir. Əlyazmanın beşinci səhifəsində canlı döyüş səhnələri təsvir edilmişdir.XIX əsrin ensiklopedist alimi Mir Möhsün Nəvvab . science.gov.az

Nəvvab həmçinin Firdovsinin Şahnaməsi üçün də miniatür sənətindəki bacarığından istifadə etmişdir. Burada o, kitabın içindəkilərini nəzərə alaraq, hər illüstrasiyaya emosional və cazibəli görünüş verən boya çalarlarından istifadə etmişdir. Miniatürlərin cəmi sayı 59-dur, "Cəmşid saray əyanlarının əhatəsində", "Nouzərin Əfrasiyabla müharibəsi və Dağıstana qaçması", "Rüstəmin Ağ Divi öldürməsi", "Zərdüşt Keştasb və İsfəndiyarla", "Qəhrəmanın Xosrovla döyüşü" və s. miniatürlər diqqəti çəkir. Nəvvab kitabın üçüncü səhifəsində orta əsrlər üçün xarakterik olan əlvan ünvanlardan istifadə etmişdir. Sulu boya ilə quş və gül təsviri çəkmiş, gülün mərkəzində əsərin müəllifi və tarixi qeyd edilmişdir. On beşinci səhifədə isə ornamental haşiyənin içərisində fəslin adı yazılmışdır. Bir sıra başqa səhifələrdə də Nəvvab rəngli ornamentlərdən istifadə etmişdir.

Orta əsrlərdə və XIX əsrdə əlyazmaların bəzədilməsi üçün rəngbərən boyalar, naxışlar, qızıl suyu, qızılı boyalar istifadə edilirdi. Bəzi sənətkarlar köhnə tərkibdə dəyişikliklər edir, təzə məhlullar alırdı. Bu işlə bağlı Mir Möhsün Nəvvabın xüsusi fəaliyyəti olmuşdur. O, qatı mürəkkəbin axıcılığını artırmaq üçün limon şirəsini əlavə etməyi məsləhət bilirdi. Mürəkkəbi qatılaşdırmaq üçün isə rütubəti özünə çəkmiş təbaşirdən istifadəni təklif edirdi.

Sovet dövrü

Sovet dövründə verilən rəssamlıq təhsili Azərbaycanın ənənələrindən uzaq idi, sovet-rus prinsiplərinə əsaslanırdı. Milli incəsənət ənənələrinə maraq göstərənlər "burjua sənəti"nə meyilli sayılır, tənqid edilirdi. Buna baxmayaraq, bir çox Azərbaycan rəssamları (Səttar Bəhlulzadə, Qəzənfər Xalıqov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov və s.) təsviri incəsənəti sovet ideologiyasının məqsədlərindən daha ali, insanlara xidmət edən bir vasitə kimi görüb inkişaf etdirmişdir. Onların əsərlərində miniatür təsiri bəzən aydın, bəzənsə sadəcə detallarda olmaqla hiss edilir.

Oqtay Sadıqzadənin "Fitnə", "Nəsimi" kitablarına verdiyi tərtibatlar miniatür üslubundadır. Rəssam Altay Hacıyev "Koroğlu" dastanına, Nəsimi poeziyasına illüstrasiyalarında, "Odlar yurdu", "Bahar oyunları" rəsmlərində miniatür ənənələrindən faydalanmışdır. Arif Hüseynovun milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərə yeni və yaradıcı baxış hesab edilir. Onun miniatür sənətinin bədii prinsiplərindən istifadə etməsi tamamilə fərqli mövzulu əsərlərə, hətta sənaye motivli əsərlərə incəliyi və möcüzəviliyi aşılamışdır. Arif Hüseynovun atası Əmir Hüseynov da miniatür ənənəsini davam etdirən rəssamlardan olmuşdur. 70–80-ci illərdə Elçin Aslanov, Sənan Qurbanov, Nazim Babayev, Elçin Məmmədov kimi rəssamlar miniatürlər yaradırdılar.Sənətşünas Ziyadxan Əliyev. "Arif Hüseynov. Cizgilərin hikməti". Bakı. Aspoliqraf. 2013

XX əsrin əvvəllərində "Bəhram Gur ovda", "Bəhram Gur və Çoban", "Bəhram Gur və Fitnə ovda", "İsgəndərin cadugərlərlə döyüşü" xalçaları Nizami Gəncəvinin "Sirlər xəzinəsi" və "İsgəndərnamə" əsərləri əsasında yaradılmışdır. Lətif Kərimovun Kazım Kazımzadə, Qəzənfər Xalıqov, Məmmədəli Şirinovla birgə düzəltdiyi "Ədalətli Nuşirəvanla vəzirin söhbəti", "Şirinin Bisutun dağına Fərhadın görüşünə getməsi", "Məcnun vəhşi heyvanlar arasında", "İsgəndər və Nüşabə" xalçaları da Nizami əsərlərinə həsr edilmişdir.

Elmira Şahtaxtinskaya

Elmira Şahtaxtinskayanın "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsinə 30-a qədər rəsm daxildir. Bu rəsmlər sovet dövrü plakat janrının imkanlarını aşaraq, Təbriz miniatür məktəbinin ənənələrindən istifadə edirdi. Bu haqda rəssam qeyd edirdi:

Əlişir Nəvainin 550 illiyinə həsr edilmiş plakatda şairin iri formalı fiquru oturan şəkildə təsvir edilmiş, onun müdrikliyi ağ əmmamə ilə ön plana çıxarılmışdır. Rəsmdə miniatür məktəbi rəsmlərindən və Şərq ornamentlərindən istifadə edilmişdir.

Rəssam Sultan Məhəmmədə həsr edilmiş portret isə Məhəmmədin "Kitab oxuyan gənc oğlan" miniatürünə sanki bir nəzirədir. Elmira Şahtaxtinskaya rəssamı onun öz əsərindəki vəziyyətdə təsvir edərək, rəssamın obrazının təsvirinə yox, onun yaradıcılıq dünyasındakı təsvirinə istiqamətlənmişdir. Rəsm tünd yaşıl fonda, Təbriz miniatür üslubunda verilmiş, Sultan Məhəmmədin gənc, ancaq müdrik olan təsviri yaradılmışdır. Elmira Şahtaxtinskaya Sultan Məhəmmədin "Kitab oxuyan gənc oğlan" miniatürünün bədii ənənələrindən istifadə etmiş, Məhəmmədin yaradıcılığını xüsusi bir şəkildə işıqlandırmışdır.

Müstəqillik dövrü 250px|thumb|right|Rafiz İsmayılov Azərbaycan müstəqil olduqdan sonra miniatür sənətini dirçəltməyə bir sıra cəhdlər edilmişdir. İçərişəhərdə Azərbaycan Miniatür Sənəti Mərkəzinin, Rəssamlar Birliyində kitab illüstrasiyaları və miniatür sənəti bölməsinin açılması, miniatür incəsənətinə aid sərgilərin ölkənin müxtəlif yerlərində keçirilməsi və Peykər rəssam qrupunun fəaliyyəti miniatür sənətinin çiçəklənməsi və yeni məzmunla klassik ənənələrin yayılması üçün stimul yaratmışdır.

Azərbaycanın müstəqilliyi nəticəsində bəzi incəsənət xadimləri xalçaçılığın və miniatür sənətinin ölkənin incəsənət dünyasındakı beynəlxalq dili ola biləcəyini fikirləşmişdir. Qədim incəsənət ənənələrinə müasirlik qatılaraq Azərbaycanda miniatür sənəti həyata keçirilmişdir. 1992-ci ildə "Peykər" cəmiyyəti yaradılmış və qədim incəsənət ənənəsinin, xüsusilə miniatür sənətinin öyrənilməsi və müasir incəsənətə tətbiqi işi bu cəmiyyətin məqsədi olmuşdur. Buna görə də 1990–2000-ci illər Azərbaycan rəsmində miniatür sənətinin inkişafının yeni mərhələsi sayıla bilər. 2008-ci ildə keçirilən "Şərqdən Şərqə" sərgisində ancaq 5 rəssam (Altay Hacıyev, Rafiz İsmayılov, Arif Hüseynov, Nüsrət Hacıyev, Orxan Hüseynov) iştirak edirdisə, 2010-cu ildə keçirilən eynimövzulu sərgidə müxtəlif yaş qrupundan 21 rəssam əsərlərini təqdim etmişdir.

Bu dövrdə Rafiz İsmayılov 100-ə yaxın miniatür çəkmişdir, bunların içində "Kəbinkəsmə mərasimi", "Şah İsmayıl Xətai", "Əlibaba və qırx quldur" kimi əsərlər vardır. O, miniatür sənətini müasirləşdirmişdir. Bu istiqamət onun "Kitabi-Dədə Qorqud" dastanına və əfsanəvi motivlərə malik Azərbaycan xalq nağıllarına həsr olunmuş əsərlərində aydın görünür. O, klassik miniatürlərdə olduğu kimi, görüşdə və fikirdə, personajların jestləri ilə süjet xəttini çatdırır.