Hans Redlix (; 11 fevral 1903, Vyana, Avstriya-Macarıstan İmperiyası, indiki Avstriya — 27 noyabr 1968, Mançester, Böyük Britaniya) — avstriyalı bəstəkar, dirijor, musiqişünas və pedaqoq.
Həyatı 1931-ci ildə Frankfurt Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1924—1925-ci illərdə Berlin, 1925—1929-ci illərdə Mayns, daha sonra Manhaymda dirijor kimi çalışmışdır. Faşistlərin hakimiyyətə gəlməsindən sonra mühacirət etməyə məcbur olmuşdur. 1937-ci ildə Böyük Britaniyada daimi yaşamağa başlamışdır. BBC-də dirijor kimi işləmişdir, Kembric (1942—1949), Birminhem (1949—1955), Edinburq (1949—1955) və Mançester kimi Britaniya universitetlərində dərs demişdir. Bir sıra musiqi ensiklopediyaları və lüğətləri üçün məqalələr yazmışdır. Hendelin əsərlərinin Tam toplusunun nəşrin hazırlanmasında iştirak etmişdir. Qustav Maler, Klaudio Monteverdi, Rixard Vaqner, Anton Brukner və Alban Berq haqqında monoqrafiyalar yazmışdır.
Əsərləri Gustav Mahler. — Nürnberg, 1919. Claudio Monteverdi, Bd 1. Das Madrigalwerk. — В., 1932. Richard Wagner: Tristan and Isolde. — L.-N. Y., 1948. Richard Wagner: Lohengrin. — L.-N. Y., 1949. Richard Wagner: Parsifal. — L.-N. Y., 1951. Claudio Monteverdi. Leben und Werk. — Olten. 1949. Bruckner und Mahler. — L.-N. Y., 1955. Alban Berg. — W., 1957. Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Edinburq Universitetinin müəllimləri Kateqoriya:Avstriya bəstəkarları