Qədim Gəncə nekropolları və kurqanları — Qədim Gəncə şəhər yeri ərazisində yerləşən VII-IX əsrlərə və XI-XIII əsrlərə aid iki tarixi qəbirsanlıqdır. 1939-cu ildə İ. Cəfərzadə tərəfindən aparılmış arxeoloji qazıntılar nəticəsində Qədim Gəncə nekropolunun daha qədim dövrə aid kurqanların yerləşdiyi sahədə olması müəyyən edilmişdir. Bu kurqanlar, bütün Azərbaycan ərazisində yayılmaqla daha sıx halda Kiçik Qafqaz dağlarının ətəklərində, Mil və Muğan düzlərində, həmçinin az miqdarda Böyük Qafqaz dağları ətəklərində yerləşirlər.
İ. Cəfərzadə qeyd edir ki, Kurqan tipli qədim qəbirlərin üstündə Nizami dövrünə (XII əsr) aid ikinci dəfn təbəqəsinin yaradılması, bu ərazinin hər-hansı kult əhəmiyyəti daşımış olmasından xəbər verə bilər. Qədim Gəncə nekropolundakı mədəni təbəqələşmənin oxşarını Ağdam və Xankəndi şəhərləri arasında yerləşən Xocalı kurqanlarında, Ağdam və Əsgəran arasında yerləşən Qaraağaclı qəbirsanlığında da müşahidə edilir.
İ. Cəfərzadə belə hesab edir ki, Qədim Gəncə sakinləri vəfat etmiş yaxınlarını bu ərazilərin qədim sakinlərinin dəfn olunduğu ərazidə dəfn etməyə davam etmişlər. 1938-1939-cu illərdə qəbiristanlıq ərazisində 3 kurqan və 6 məzar açılmış, onların ətrafı təmizlənmiş və ətraflı tədqiq edilmişdir. İstinadlar
Ədəbiyyat
Kateqoriya:Qədim Gəncə Kateqoriya:Azərbaycan nekropolları Kateqoriya:Azərbaycan qəbiristanlıqları Kateqoriya:Müsəlman qəbiristanlıqları Kateqoriya:Azərbaycandakı arxeoloji abidələr Kateqoriya:Azərbaycandakı kurqanlar