Əbülxeyr xan () — Şeybanilər sülaləsindən Özbək xanlığının əsasını qoymuş xan.

Həyatı 1411/1412-ci ildə Dövlətşeyx sultanın ailəsində doğulmuşdu. Əslən Çingiz xanın nəvəsi Şeyban xanın nəslindən idi.Bregel, Yuri (1982). "Abu'l-Kayr Khan ". Encyclopædia Iranica. 1. London; Boston: Routledge & Kegan Paul. səh. 331–332 Gəncliyində Şeybani ulusunun rəhbəri Cumaduk xanın ordusunda sol cinah komandiri idi. Hələ 1427-ci ildə Cumaduk xan Noqay Ordasının əmiri Yedigeyin oğlu Qazi bəy tərəfindən öldürüləndə noqaylar tərəfindən əsir alınmış, daha sonra isə azad edilmişdi.

Hakimiyyəti Azad edildikdən sonra 1428-ci ildə Sibir xanlığını işğal edərək Tümen və Tura çayı arasındakı bölgəyə nəzarət etməyə başladı.A History of the Peoples of Siberia: Russia's North Asian Colony 1581-1990 1446-cı ilədək Çimgi Tura (müasir Tümen) şəhərindən dövlətini idarə edən Əbülxeyr xan 1430-cu ildə Xarəzmi işğal etdi, buradakı Teymuri əmiri olan İbrahimi qovaraq Ürgənci ələ keçirdi. Lakin burada çox qalmayaraq həm şimaldan gələn təhlükə, həm də dözülməz istilərə görə Qazaxıstan çöllərinə qayıtdı və burada Həştərxan xanlığı ordularını məğlub etdi. 1435-ci ildə yenidən Xarəzmi, 1440-cı ildə Astrabadı qarət edən Əbülxeyr xan dövlətin sərhədlərini genişləndirirdi. 1446-cı ildə müasir Özbəkistan torpaqlarını ələ keçirən xan Teymuriləri qovaraq paytaxtını Sığnaqa köçürdü.

Teymurilərlə münasibətlər Mərkəzi Asiyada öz gücünü möhkəmlədən Əbülxeyrin növbəti hədəfi Teymuriləri sıradan çıxarmaq idi. 1447-ci ildə Səmərqəndə qədər irəliləyən özbəklər şəhəri ələ keçirə bilmədən qayıtmışdılar. 1451-ci ildə Teymuri şahzadəsi Əbu Səidi dəstəkləyən Əbülxeyr həmin ilin iyununda onu Səmərqənddə Teymuri taxtına oturtdu.Soucek, Svat, A History of Inner Asia (2000), page 136. Mükafat olaraq Uluq bəyin qızı Rabiyyə Sultan bəyimlə evləndi.

Dövlətin zəifləməsi 1457-ci ildə Uz Temür adlı hökmdarın başçılığı ilə kalmıklar xanlığın torpaqlarına daxil olaraq çoxlu qarətlər törətdi.P. Pelliot, Notes critiques d’histoire Kalmouk, Paris, 1960, səh. 17 Dövlətə başqa bir zərbə isə Canıbəy xan və Kerey xanın özbəklərdən ayrılaraq 1465-ci ildə müstəqil Qazax xanlığını yaratması ilə dəydi.A History of the Moghuls of Central Asia being the Tarikh-i-Rashidi of Mirza Muhammad Haidar , tərc. E. D. Ross, London, 1895, səh. 82, 272-73 Ölümündən öncə son olaraq Teymuri Hüseyn Bayqaranı Əbu Səidə qarşı dəstəkləməyə qərar verdi. Lakin hərəkətə keçə bilmədən 1468-ci ildə 57 yaşında vəfat etdi. Məzarı Əhməd Yasəvi türbəsindədir.

Ailəsi Uluq bəyin qızı Rabiyyə Sultan bəyimlə evlənmişdir.Лебедева Т. И., О неисследованных погребениях Гури Амир // Археология, история и культура Средней Азии. Ташкент, 2002, səh .68 Çox güman digər həyat yoldaşları da olub.

Oğulları

Şahbudaq sultan Xoca Məhəmməd sultan Əhməd sultan Məhəmməd sultan Şeyx Heydər Səncər sultan İbrahim sultan Köçkünçü xan Suyunçxoca xan Ağburun sultan Seyidbaba sultan

Qızları

Zülfcamal xanım Xanzadə bəyim - Əbu Səid ilə evlənmişdi.

Həmçinin bax Əbülxeyr xan (kiçik juz)

İstinadlar

Kateqoriya:Özbək hökmdarlar Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:1468-ci ildə vəfat edənlər Kateqoriya:1411-ci ildə doğulanlar Kateqoriya:Şeybanilər Kateqoriya:Qazaxıstan tarixi Kateqoriya:Xanlar