Samson Abioye ( 25 mart 1991 – 28 iyul 2017) — Nigeriya kompüter proqramçısı və internet sahibkarı. 2013-cü ildə o, Ladoke Akintola Universitetində təhsil alarkən müdafiə işi kimi tələbələrin ölkə səviyyəsindəki imtahanları üçün onlara praktiki kömək edən onlayn test platforması olan nı yaratmışdır. Ölümünə qədər pass.ng saytında baş icraçı direktor kimi fəaliyyət göstərmişdir.

Karyerası 2014-cü ildə Airtel Catapult-a-Startup müsabiqəsində pass.ng layihəsi ilə qalib gəlməzdən əvvəl müvəqqəti olaraq universitetdə İKT şöbəsində çalışmışdır. O, həmçinin, 2013-cü ildə Nigeriyada Kompüter Elmləri üzrə Milli İstehsalçılara təqdim olunan ən yaxşı proqramçı mükafatının qalibi olmuşdur.

Ölümü Abioye 28 iyul 2017-ci ildə səhər saatlarında vəfat etmişdir. Ölümündən sonra, Pulse Nigeria onun ölümünü "Nigeriyada texnologiya sahəsini şok edən" başlığı altında yayımlamışdır.

İstinadlar

Kateqoriya:Nigeriya proqramçıları