Rocer Kit Ver (; ) – "bitcoin" startaplarına erkən investor. Rocer Ver aşağı kriptovalyuta ötürmə qabiliyyəti və yüksək əməliyyat xərcləri kimi problemləri həll etməyi qarşısına məqsəd qoyan "Bitcoin Cash" kriptovalyutasının əsas tərəfdarlarından biridir.

Rocer Ver ABŞ-də, Kaliforniyanın San-Xose şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Rocer bir il De Anza Kollecində oxumuş, lakin sonra biznes maraqlarını həyata keçirmək üçün təhsilini yarımçıq qoymuşdur. 2005-ci ildə o, qeyri-qanuni yollarla partlayıcı satdığı üçün 10 ay həbsdə yatdıqdan sonra Yaponiyaya köçmüşdür. 2014-cü ildə Rocer Sent-Kits və Nevis vətəndaşı olmuş, ABŞ vətəndaşlığından imtina etmişdir.

İstinadlar

Kateqoriya:ABŞ iş adamları Kateqoriya:ABŞ investorları