Kövkəb Kamil qızı Səfərəliyeva () — pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı, Azərbaycan SSR xalq artisti (1972).

Həyatı Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkizyaşlı Kövkəb Mariinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o, həm də fortepiano sinfində musiqi dərsləri alırdı. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirir. 1917–1918-ci illərdə artıq Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və bu yöndə baş verən siyasi olaylarla bağlı vəziyyət getdikcə dəyişməyə başlayır. 20-ci illərdə isə demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Bu repressiyaların təsiri Səfərəliyevlər ailəsindən də yan keçmir. Baş verən hadisələrlə bağlı keçirdiyi məşəqqətli əzablar nəticəsində Kövkəbin atası Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də, 48 yaşında ürəktutmasından vəfat edir.Səfərəliyeva Kövkəb Kamil qızı [Mətn] //ASE: 10 cilddə.- Bakı, 1984.- C.8.- S.407.

1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi Texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq, onu Türk Qadın Seminariyasına işə dəvət edirlər. Burada o, ilk pedaqoji fəaliyyətinə başlayır. Məhz bu seminariyada da möhtəşəm ikilinin — Üzeyir bəylə Kövkəb xanımın tanışlığı və birgə fəaliyyəti başlayır.

Musiqi Texnikumundan sonra Səfərəliyeva Dövlət Konservatoriyasının fortepiano şöbəsinə daxil olur və öz dövrünün dəyərli mütəxəssislərindən dərs alır. Onlardan öyrəndiklərini isə o, illər sonra məhz elə bu musiqi ocağında — əvvəlcə təcrübəçi-pedaqoq, sonra isə xüsusi fortepiano sinfinin pedaqoqu kimi yeni nəslə öyrədəcəkdi.

Kövkəb Səfərəliyeva bəstəkar Asəf Zeynallının nişanlısı olub. Asəf Zeynallı 1932-ci ildə 23 yaşında vəfat etdikdən sonra Kövkəb xanım bir daha ailə həyatı qurmayıb.

Kövkəb Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, həmin tədris müəssisəsinin professoru olmuşdur (1952).Səfərəliyeva Kövkəb Kamil qızı [Mətn] //Qadınlar azərbaycanın musiqi həyatında.-Bakı, 2004.-S.22.Mailova, A.Musiqi tariximizin öyrənilməmiş səhifələri-Kövkəb kamil bəy qızı Səfərəliyeva //Musiqi dünyası.-2004.-№ 1–2.-S197.

Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937–1952-ci illərdə Konservatoriyanın nəzdindəki orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına məktəb) direktoru olmuşdur.

Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.

Bakı şəhərindəki 16 nömrəli Uşaq Musiqi Məktəbi Kövkəb Səfərəliyevanın adını daşıyır. Bakı şəhərinin mərkəzi hissəsində onun adına küçə var (küçə Üzeyir Hacıbəyov küçəsi ilə kəsişir).

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19 aprel 1972 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940 "Şərəf nişanı" ordeni — 25 fevral 1946

İstinadlar

Mənbə Görkəmli musiqi xadimləri — Kövkəb Səfərəliyeva

Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Azərbaycanın qadın musiqiçiləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan orta-ixtisas təhsili müəssisələrinin məzunları Kateqoriya:Azərbaycan klassik pianoçuları Kateqoriya:Səfərəlibəyovlar Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:XX əsr Azərbaycan musiqiçiləri