Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Tarixi DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib.

9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib.

24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib.

19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib.

30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib.

14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib.

22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib.

27 may 2022-ci il tarixdə Zəngilanda “Ağıllı kənd” layihəsi üzrə ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib.

28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.

7 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı olub.

05 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialının açılışı olub.

25 avqust 2025-ci il tarixdə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcərdə DOST məntəqəsi fəaliyyətə başlayıb.

27 noyabr 2025-ci il tarixində Qarabağ Regional DOST Mərkəzinin Füzuli DOST məntəqəsi fəaliyyətə başlayıb.

İdarəetmə və strukturu Agentlik öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətindən ibarətdir. Agentliyin Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İctimai əsaslarla fəaliyyət göstərən Şura müstəqil qərar qəbul etmək hüququna malikdir. 7 üzvdən ibarət olan Şuranın tərkibi aşağıdakı kimidir:

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri; Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi; Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri; Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri; Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri; Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının Prezidenti; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir nümayəndəsi.

Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziridir.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti Müşahidə Şurasının sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 üzvdən – İdarə Heyətinin sədri və dörd müavinindən ibarətdir.

Agentlikdə İdarə Heyətinə tabe olan 9 departament fəaliyyət göstərir.

DOST Agentliyi tərəfindən müxtəlif istiqamətlərdəki fəaliyyətlərin koordinasiya edilməsi məqsədilə aşağıdakı təsərrüfat cəmiyyətləri təsis edilib:

DOST İş Mərkəzi – DOST Agentliyinin təsis etdiyi Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mərkəz, Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada haqqı ödənilən ictimai işlərin təşkili ilə əlaqədar işsiz şəxslərin işə qəbulu, ictimai işlərə göndərilməsi və əməkhaqlarının maliyyələşdirilməsi, ictimai işlərin təşkili yolu ilə sosial xidmətlərin göstərilməsi, ərazilərin ekoloji bərpası (ictimai əhəmiyyətli yerlərdə yaşıllaşdırma işləri, meşə zolaqlarının salınması, parklara və ictimai yerlərə qulluq), təmir, bərpa, abadlıq işlərinin və mənzil-kommunal və s. xidmətlərin görülməsi ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi – DOST Agentliyinin Müşahidə Şurasının 5 oktyabr 2021-ci il tarixli, 3 saylı qərarı ilə təsis edilmiş Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mərkəz, əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin, şəhid ailəsi üzvlərinin, eləcə də sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına dəstək vermək məqsədilə fəaliyyət göstərir. DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi – DOST Agentliyinin Müşahidə Şurasının 17 dekabr 2021-ci il tarixli 4 nömrəli qərarı ilə təsis edilmiş Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mərkəz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə edilməsi, Nazirliyin informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, dövlət və qeyri-dövlət qurumlarının informasiya bazaları ilə qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili və dayanıqlılığının təmin edilməsi, informasiya sistemlərinə dəstəyin göstərilməsi və inkişaf etdirilməsi, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işinin təmin edilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir. DOST İnfrastruktur Mərkəzi – DOST Agentliyinin Müşahidə Şurasının 24 iyun 2022-ci il tarixli 2 nömrəli qərarı ilə təsis edilmiş Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mərkəz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların inzibati binalarının tikintisinin təmin edilməsi, bu istiqamətdə ilkin layihələndirilmə, layihə-smeta sənədlərinin hazırlanmasına nəzarət, zəruri rəylərin alınması, tikinti prosesinə cəlb olunmuş podratçı təşkilatlarla koordinasiyanın təşkili və nəzarət, ümumilikdə tikinti planına uyğun olaraq işlərin vaxtında aparılmasının və tikintisi başa çatmış yeni inzibati binaların istismara verilməsinin təşkili istiqamətində fəaliyyət göstərir. DOST Çağrı Mərkəzi 142 – vətəndaşların mərkəzlərə getmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat almaq, ƏƏSMN-nin və "DOST" mərkəzlərinin fəaliyyəti ilə bağlı təkliflər bildirmək imkanı yaratmaqla təmsil etdiyi dövlət orqanının səlahiyyətlərinə aid olan sual xarakterli müraciətlər daxil olduqda, onların birbaşa cavablandırılmasını və şikayət (ərizə, təklif, məlumat) xarakterli müraciətlər daxil olduqda isə onları qeydiyyata almaqla araşdırılaraq cavablandırılması üçün aidiyyəti struktur vahidinə göndərilməsini təmin edir.

DOST Xidmətləri DOST Agentliyi ("DOST" mərkəzləri vasitəsilə) “Bir pəncərə" prinsipi əsasında ƏƏSMN-nin tabeliyində olan və ya strukturuna daxil olan qurumların (Dövlət Sosial Müdafiə Fondu, Sosial Xidmətlər Agentliyi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti) fəaliyyəti ilə bağlı xidmətlərə çıxışı təmin edir. Əlavə olaraq, “DOST” mərkəzlərində Vahid Əlaqələndirmə Mərkəzi (VƏM) vasitəsilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və ərazilərin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə 6 dövlət qurumunun (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti orqanları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin) əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər fəaliyyət istiqamətləri üzrə xidmətlər göstərilir.

"DOST" mərkəzləri və filialları vasitəsilə əhaliyə məşğulluq, əmək münasibətləri, əmək pensiyası və sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri, əlillik və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq yekun tibbi müayinənin aparılması, sosial sığorta və sosial xidmətlər istiqamətində, həmçinin bank və notariat xidmətləri kimi funksional yardımçı xidmətlər də daxil olmaqla 13 istiqamət üzrə, o cümlədən Vahid Əlaqələndirmə Mərkəzləri çərçivəsində ümumilikdə 160 xidmət göstərilir:

Əmək münasibətləri — 5 xidmət Əlillik və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə uyğun olaraq yekun tibbi müayinənin aparılması — 9 xidmət Məşğulluq — 15 xidmət Əmək pensiyaları — 18 xidmət Sosial müavinətlər, ünvanlı dövlət sosial yardım və təqaüdlər — 48 xidmət

Övladlığagötürmə sahəsində və valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən xidmətlər — 5 xidmət Dövlət sosial sığorta sistemində fərdi uçot — 4 xidmət Dövlət icbari şəxsi sığorta — 5 xidmət Sosial xidmətlər — 23 xidmət Funksional yardımçı xidmətlər — 10 xidmət Vahid Əlaqələndirmə Mərkəzində 6 quruma aid — 18 xidmət.

"DOST" Mərkəzləri

+№MərkəzƏhatə dairəsiÖtürücülüyü (nəfər/gün)ÜnvanTelefonİnzibati binası11 saylı Bakı DOST MərkəziBakı şəhəri400Bakı şəhəri, Yasamal rayonu,

İ. Qutqaşınlı küçəsi, 86DOST Çağrı Mərkəzi 142 thumb|1 saylı Bakı DOST Mərkəzi22 saylı Bakı DOST MərkəziBakı şəhəri100Bakı şəhəri, Xəzər rayonu,

Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi, 30 bDOST Çağrı Mərkəzi 142 thumb|2 saylı Bakı DOST Mərkəzi33 saylı Bakı DOST MərkəziBakı şəhəri400Bakı şəhəri, Nizami rayonu,

Heydər Əliyev prospekti, 183 b.DOST Çağrı Mərkəzi 142 thumb|3 saylı Bakı DOST Mərkəzi44 saylı Bakı DOST MərkəziBakı şəhəri800Bakı şəhəri, Binəqədi rayonu,

Ziya Bünyadov, 3103DOST Çağrı Mərkəzi 142 thumb|4 saylı Bakı DOST Mərkəzi55 saylı Bakı DOST MərkəziBakı şəhəri700Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə 31DOST Çağrı Mərkəzi 142 thumb|5 saylı Bakı DOST Mərkəzi6Abşeron DOST MərkəziAbşeron rayonu400Abşeron rayonu, Xırdalan şəhəri,

Bakı-Sumqayıt şossesi 7-ci km,

"Abşeron Gənclər Şəhərciyi" yaşayış

kompleksi, bina 27DOST Çağrı Mərkəzi 142 thumb|Abşeron DOST Mərkəzi7Qarabağ Regional DOST MərkəziBərdə rayonu650–700Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsiDOST Çağrı Mərkəzi 142center|thumb|Qarabağ Regional DOST Mərkəzi Bütün "DOST" mərkəzləri üzrə iş qrafiki

İş günləri (bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla): Bazar ertəsi — cümə: 09:00–18:00;

Qeyri iş günləri: Şənbə və bazar

"DOST" mərkəzlərinin sayının 14-ə çatdırılması, həmçinin 64 filialının istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da "DOST" xidmətləri bütün Azərbaycan əhalisi üçün əlçatan olacaqdır.

Filiallar və məntəqələr

Neftçala DOST filialı

İmişli DOST filialı

Tərtər DOST filialı

Şuşa DOST filialı

Ağalı "Smart DOST" məntəqəsi

Kəlbəcər DOST məntəqəsi

Füzuli DOST məntəqəsi