Endrü Yan (; ) — ABŞ siyasətçisi, müvəkkili, sahibkarı və xeyriyyəçisi, "Venture for America" (VFA) təşkilatının qurucusu, 2020-ci il ABŞ prezidentliyinə namizəd. Yan 20002009-cu illərdə startap və ilkin inkişaf mərhələsində olan şirkətlərdə qurucu və ya icraçı olaraq işləmişdir. O, "VFA" təşkilatının təsis etdikdən sonra 2012-ci ildə Obama adminstrasiyası tərəfindən "Dəyişiklik çempionu", 2015-ci ildə isə "Qlobal sahibkarlıq üzrə prezident səfiri" seçilmişdir.
2017-ci ilin noyabr ayında Yan Demokrat Partiyası üçün 2020-ci il ABŞ prezidentliyinə namizədliyini irəli sürmüşdür. Onun əsas siyasəti özünün adlandırdığı kimi "Azadlıq dividendi" 18 yaşından böyük hər ABŞ vətəndaşı üçün nəzərdə tutulmuş şərtsiz baza gəliri (ŞBG) növüdür. Yan inanır ki, ŞBG avtomatizasiyanın işçi qüvvəsi ilə əlaqədar problemlərə gətirib-çıxaran sürətli inkişafına qaçılmaz cavabdır. Onun platformasının digər iki mərkəzi elementi universal səhiyyə və "bəşəriyyətə əsaslanan kapitalizm"dir. Onun kampaniya saytında 1000-dən çox siyasi təklif qeyd edilmişdir.
Həyatı Yan 1975-ci ilin yanvarın 13-də Skenektadi şəhərində anadan olub. Onun valideynləri ABŞ-yə Çin Respublikasından 1960-cı illərində köçüb, Berkli Kaliforniya Universitetinin ali məktəbində rastlaşıblar.
Əsərləri
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:ABŞ iş adamları Kateqoriya:ABŞ hüquqşünasları Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (2020)