thumb|right|300px|XX əsrin əvvəllərində Gürcüstanın Batumi şəhərində yerli yunan icması tərəfindən çəkilmiş xatirə şəkili. Batumi ölkədə yaşayan yunan icmasının ən aktiv olduğu əsas mərkəzlərdən biri olmuşdur.
Gürcüstan yunanları () — Gürcüstan Respublikasının ərazisində yaşayan etnik yunanlara verilən ad. Cənubi Qafqazda Ermənistan və Azərbaycanla müqayisədə ən çox etnik yunanın Gürcüstanda yaşadığı məlumdur. Gürcüstan xüsusi ilə Qafqaz yunanları olaraq tanınmış xalqın əsas vətəni sayılır. Pont yunanları olan, Gürcüstan yunanlarının sayı 15 min, 20 min və 100 min kimi müxtəlif rəqəmlərlə ifadə olunmaqdadır.[http://www.statistics.ge/main.php?pform=14&plang=1 State Statistics Department of Georgia: 2002 census] (retrieved 5 April 2008) 1989-cu ilin məlumatına əsasən bu say 100 mindən aşağı olmuşdur. Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР. Грузинская ССР (1989 All-Union Census, ethnic groups by the republics of USSR, Georgian SSR)
1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından və Gürcüstanın təkrar müstəqillik qazanmasından sonra Gürcüstanda yaşayan etnik yunanlar müxtəlif səbəblərdən ölkəni tərk etməyə başlamışdır. Yunanıstanın, etnik yunan olan şəxsləri öz ölkəsinə dəvət etməsi ölkədəki yunan icmasının azalmasının əsas səbəbi kimi göstərilə bilər. 1991-ci ildən sonra icmanın əhəmiyyətli dərəcədə böyük bir hissəsi isə Rusiyanın Stavropol diyarında məskunlaşmışdır.
Günümüzdə Tbilisi şəhərində Yunan birliyi adlı diaspora təşkilatı və mədəniyyət mərkəzi fəaliyyət göstərməkdədir. Bunlarla yanaşı Gürcüstanda, yunan icmasına xitab edən və yunan dilində nəşr olunan qəzetdə mövcuddur.
Tarix
XX əsr
İstinadlar
Kateqoriya:Gürcüstanda yaşayan etnik qruplar