thumb|"Orqanlar kitabı" adlı əsərindən (1754) illüstrasiya.|left|150px Toyo Yamavaki (; ) – Yaponiyada meyit yaran ilk şəxs. Qərb tibbinin Yaponiyada tanıdılmasında vacib rol oynamışdır. Anatom, şair, həkim və müəllim olmuşdur.
Yamavaki Kiotoda saray həkimi kimi işləmişdir və Kohoha məktəbinin üzvü olmuşdur. Müəllimi Qoto Konzan olmuşdur. 1754-cü ildə rəsmilərdən icazə alaraq Rokkaku həbsxanasında edam olunmuş bir şəxsin meytini yarmışdır. O, Qərb tibbi kitablarından yararlanaraq "Orqanlar kitabı" ("Zoşi") adlı kitabında düzgün anatomik detalları təsvir etmiş, ənənəvi Çin tibbindəki səhvləri ortaya çıxarmışdır. Kitabı Kiotodakı Maruyama və ya Şico məktəbinin rəssamı olan Asanuma Suketsune tərəfindən illüstrasiya olunmuşdur. Kitab Tokuqava tibb dünyasında şoka səbəb olmuş, Yamavaki təzyiqlərə məruz qalmışdır.
Yamavaki və həmkarları meyityaramaya Padua Universitetinin professoru Yohan Veslinq tərəfindən holland dilində yazılmış "Syntagma Anatomicum" adlı anatomiya kitabı gətirmişdilər və onlar kitabdakı diaqramların meyitin orqanları ilə üst-üstə düşdüyünü gördükdə xeyli təəccüblənmişdilər.
Yamavakinin şagirdi olan Kuriyama Koan Haqidə iki dəfə meyit yarmışdır. 1771-ci ildə Qenpaku Suqita və Ryotaku Maeno da Yamavakidən təsirlənərək meyit yarmışdırlar.
İstinadlar
Kateqoriya:Yaponiya anatomları Kateqoriya:Yaponiya həkimləri