2019 UEFA Super Kuboku – UEFA tərəfindən hər il ənənəvi olaraq keçirilən sayca 44-cü UEFA Superkuboku matçıdır. Superkubok uğrunda matçda 2018–19-cu il mövsümündə müvafiq olaraq UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası qalibi olmuş "Liverpul" və "Çelsi" klubları üz-üzə gəldi. Matç 14 avqustda İstanbulda yerləşən Vodafone Parkda oynandı. Bu matç ilk dəfə iki ingilis klubunun üz-üzə gəldiyi superkubok matçı oldu. Ümumilikdə isə səkkizinci dəfə bu turnirdə eyni ölkənin klubları üz-üzə gəldi.

Superkuboklar tarixində ilk dəfə məhz bu il Video köməkçi hakim (VAR) sistemindən istifadə edildi.

Matçın əsas və əlavə vaxtı 2–2 hesabı ilə bitdiyindən, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olundu. "Liverpul" penalti zərbələrində 5–4 hesabı ilə üstün olaraq kuboka yiyələndi.“Liverpul” Avropanın ən güclüsü oldu , oxu.az

Klublar "Liverpul" bundan əvvəl 5 dəfə superkubok matçında iştirak etmişdi və onların üçündə uğurlu olmuşdu. Belə ki, 1977-ci ildə "Hamburq"u, 2001-ci ildə "Bayern Münhen"i, 2005-ci ildə isə "ÇSKA Moskva" klubunu məğlub edərək kuboku başı üzərinə qaldırmışdı. "Çelsi" isə buna qədər 3 dəfə stadiona superkuboku qazanmaq üçün çıxmışdı. Onlardan yalnız birində – 1998-ci ildə uğurlu ola bilmişdi.

Məkan Bu matç Türkiyədə keçiriləcək ilk superkubok matçı oldu. Bundan əvvəl isə Türkiyədə 2 dəfə UEFA turnirinin finalı keçirilmişdi. Belə ki, Atatürk Olimpiya Stadionunda 2005 UEFA Çempionlar Liqası finalı, Şükrü Saracoğlu stadionunda isə 2009 UEFA Kuboku finalı keçirilmişdi.

Stadion həm də "Beşiktaş"ın əsas stadionudur. UEFA-nın sponsorluq qaydalarına görə stadion bütün UEFA turnirlərində və sənədlərində "Beşiktaş Park" olaraq adlandırılır.

Seçimlər İlk dəfə 9 dekabr 2016-cı ildə UEFA klub turnirlərinin finallarının keçirilməsiylə bağlı açıq təklif vermə prosesini başlatdı. Bununla bağlı assosiasiyalar öz maraqlarını 2017-ci ilin yanvarın sonuna kimi bildirməli idilər və rəsmi sənədləri həmin ilin 6 iyununa kimi təsdiqləməliydilər.

UEFA 2017-ci ilin fevralın üçündə 9 assosiasiyanın finalla yaxından maraqlandığını bildirdi. Həmin ilin 7 iyununda yeddi federasiya UEFA-ya sənədlərini göndərmişdi.

+2019 UEFA Superkuboku seçimləri Ölkə Stadion Şəhər Tutum Qeyd Arena Kombyotare Tirana 22500 Tuluza stadionu Tuluza 33150 Sami Ofer stadionu Hayfa 30870 Astana Arena Astana 30244 2019 UEFA Qadınlararası Çempionlar Liqası finalına da namizədliyini irəli sürümşdü Uindzor Park Belfast 18434 PGE Arena Qdansk 41160 Vodafone Park İstanbul 41188 2019 UEFA Avropa Liqası finalına da namizədliyini irəli sürmüşdü

Təkliflərin dəyərləndirilməsi 14 sentyabr 2017-ci ildə UEFA tərəfindən dərc edildi. Vodafone Park sentyabrın 20-si UEFA İcraiyyə Komitəsi tərəfindən superkubok oyununun keçiriləcəyi stadion olaraq seçildi.2019 UEFA Süper Kupa maçı Vodafone Park'ta , ntv.com.tr

Matç Hakimlər thumb|upright=0.7|Stefani Frappar

2 avqust 2019-cu il tarixində UEFA superkubok matçını idarə edəcək hakimin adını açıqladı. Belə ki, bu şəxs Fransalı Stefani Frappar idi. Bununla da tarixdə ilk dəfə olaraq UEFA-nın keçirdiyi kişilərdən ibarət matçın finalını qadın hakim idarə etdi. O, 2009-cu ildən FİFA hakimi kimi qeydə alınıb. O, 2019-cu ildə daha bir mötəbər yarış olan FİFA Qadınlararası Dünya Kubokunun finalına təyinat almışdı. Buna qədər isə 2016-cı ildə Rio de Janeyroda təşkil olunan Yay Olimpiya Oyunlarında qadınlararası futbol yarışlarında, 1 il sonra isə Futbol üzrə Qadınlararası Avropa Çempionatında bəzi matçları idarə etmişdir. Bundan əlavə, o, 2019-cu ilin aprelində Liqa 1-də fit çalmış ilk qadın hakim olmuşdur.Fransa Ligue 1'de kadın hakem dönemi , 24 aprel 2019, cnnturk.com

Onun həmyerlisi Kleman Tyurpen isə superkuboklar tarixindəki ilk video köməkçi hakim oldu.

Xülasə thumb|right|Matçın ulduzu Sadio Mane Superkuboku başı üzərinə qaldırır Matç sürətli başlasa da komandalar bir-birilərinin cərimə meydançalarına elə də yaxınlaşa bilmirdilər. 12-ci dəqiqədə Henderson sağ tərəfdən cərimə zərbəsindəki yoldaşı Maneyə topu ötürmək istəsə də Kristensen buna mane oldu. Liverpul 16-cı dəqiqədə daha bir təhlükəli vəziyyət yaratdı. Belə ki, qapıçı ilə təkbətək çıxan Salah fərqlənə bilməyib. "Çelsi" buna qarşılıq 22-ci dəqiqədə çox böyük şans yaxalasa da bəxti gətirmədi: Pedronun zərbəsi qapı dirəyinə tuş gəlib. 36-cı dəqiqədə "Çelsi" hesabı açdı. Pulişiçin gözəl pasını Olivye Jiru qapının sağ küncünə dəqiq zərbə vuraraq yerdə qoymayıb. Bir neçə dəqiqə sonra Pulişiç qol vursa da ofsayda görə bu qol qeyd alınmayıb. İkinci hissə başlar başlamaz "Liverpul" təzyiqi artırdı və 48-ci dəqiqədə istəyinə nail oldu. Mane yaxın nöqtədən topu tora qovuşdurdu. 75-ci dəqiqədə önəmli bir şans yaxalayan "Liverpul" futbolçularının bəxti gətirməyib. Salahın zərbəsini qapıçı Arrizabalaqa qaytarıb. Təkrar zərbə vuran Van Daykın topunu da Arizzabalaqa dəf edərək 1 dəqiqə içində əsl ustalığını nümayiş etdirdi. 82-ci dəqiqədə sağ tərəfdən pası qəbul edən Pedronun zərbəsi van Daykdan qayıtdı. 4 dəqiqə sonra "Liverpul" əks hücuma çıxdı. Mane topu Arrizabalaqanın yanından yuvarlatdı, lakin top qapı xəttinə paralel getdi. Beləliklə, 90 dəqiqəlik normal vaxt 1–1 hesabı ilə yekunlaşdı və əlavə 30 dəqiqəlik vaxt oynanmağa başladı.

95-ci dəqiqədə Mane topu qapının üst çərçivəsinə göndərərək hesabı artırıb. Bir neçə dəqiqə sonra "Liverpul"un qapıçısı Adrianın Temmi Abrahama qarşı kobudluq etməsi nəticəsində "Çelsi" penalti vurmaq hüququ qazandı. Bu şansı Jorjinyo qola çevirərək hesabı bərabərləşdirdi. Bu qoldan sonra "Çelsi" oyunda tam üstünlüyə yiyələndi və ard-arda kəsərli hücumlar yaratdı. 104-cü dəqiqədə Abrahamın topa yumşaq toxunuşu qapının yanından keçdi. 113-cü dəqiqədə Jirunun cərimə zərbəsinin kənarından vurduğu top qapının azca yanından keçdi. Əlavə vaxt da bərabərə bitdiyindən penalti zərbələri qalibi müəyyənləşdirməli idi. 5-ci penalti zərbəsini vuran Abrahamın topunu qapıçı Adrian dəf etdi və beləcə Liverpul matçın və kubokun qalibi oldu.Avrupa'nın süperi Liverpool , ntvspor.net

Oyunun detalları <onlyinclude>

GK 13 AdrianRB 12 Co QomezCB 32 Joel MatipCB 4 Vircil van DaykLB 26 Endrü Robertson CM 7 Ceyms Milner CM 3 FabinyoCM 14 Cordan Henderson (K) RF 15 Aleks Oksleyd-Çemberleyn CF 11 Məhəmməd SalahLF 10 Sadio Mane Əvəzetmələr:GK 22 Endi LonerqanGK 62 Kaoimhin KelleherDF 51 Ki-Yana HuverDF 66 Trent Aleksandr-Arnold MF 5 Jorjinyo Viynaldum MF 20 Adam LallanaMF 23 Cerdan ŞakiriMF 67 Harvi ElliotFW 9 Roberto Firmino FW 24 Rian BrüsterFW 27 Divok Origi Baş məşqçi: Yürgen Klopp300px GK 1 Kepa ArrizabalaqaRB 28 Sezar Azpilikueta (K) CB 15 Kurt ZumaCB 4 Andreas Kristensen LB 33 Emerson PalmiyeriCM 5 JorjinyoCM 7 N'Qolo KanteCM 17 Mateo Kovaçiç RF 22 Kristian Pulişiç CF 18 Olivye Jiru LF 11 PedroƏvəzetmələr:GK 13 Villi KabalyeroDF 2 Antonio RüdigerDF 3 Markos AlonsoDF 21 Davide ZappakostaDF 29 Fikayo Tomori MF 8 Ross Barkli MF 19 Meyson Maunt MF 47 Billi GilmourFW 9 Temmi Abraham FW 10 VilyanFW 16 KenediFW 23 Miçi BatşuayiBaş məşqçi: Frenk Lempard

Oyunun adamı: Sadio Mane (Liverpul)

Hakim köməkçiləri: Manuela Nikolozi (Fransa) Mişel O'Nil (İrlandiya) Dördüncü hakim: Cüneyt Çakır (Türkiyə) Video köməkçi hakim: Kleman Tyurpen (İtaliya)

Statistika

+Birinci hissə Statistika Liverpul ÇelsiVurulan qollar01Ümumi zərbələr97Dəqiq zərbələr42Save-lər14Topa sahib olma51%49%Künc zərbələri42Faullar14Ofsaydlar13Sarı kartlar00Qırmızı kartlar00

+İkinci hissə Statistika Liverpul ÇelsiVurulan qollar10Ümumi zərbələr96Dəqiq zərbələr50Save-lər04Topa sahib olma53%47%Künc zərbələri34Faullar45Ofsaydlar16Sarı kartlar11Qırmızı kartlar00

+Əlavə vaxt Statistika Liverpul ÇelsiVurulan qollar11Ümumi zərbələr27Dəqiq zərbələr24Save-lər31Topa sahib olma51%49%Künc zərbələri11Faullar53Ofsaydlar02Sarı kartlar10Qırmızı kartlar00

+Oyun sonu Statistika Liverpul ÇelsiVurulan qollar22Ümumi zərbələr2020Dəqiq zərbələr116Save-lər49Topa sahib olma52%48%Künc zərbələri87Faullar1012Ofsaydlar211Sarı kartlar21Qırmızı kartlar00

İstinadlar

Xarici keçidlər

Həmçinin bax 2019 UEFA Çempionlar Liqası finalı 2019 UEFA Avropa Liqası finalı

Kateqoriya:UEFA Superkuboku Kateqoriya:14 avqustdakı hadisələr