Ağ ciyərin ödemi – arterial kapillyarlardan süzülən mayenin miqdarı venoz kapillyarlarla və limfa sistemi ilə çəkilən mayedən artıq olduqda baş verən xəstəlik. Ağ ciyərin ödemi qan dövranının sol mədəcik tipli pozulması, böyrəklərin bəzi zədələnmələri və s. səbəblərdən inkişaf edir.

Əlamətləri Təngnəfəslik, xırıltılı tənəffüs.

Müalicəsi Ağ ciyərin ödemini törədən səbəblərin aradan qaldırılması, ağır hallarda sidikqovucu dərmanların, ürək preparatlarının (strofantin, korqlikon və s.) tətbiqi.

İstinadlar

Kateqoriya:Ağciyər xəstəlikləri Kateqoriya:Tənəffüs orqanları xəstəlikləri Kateqoriya:Təcili tibbi vəziyyətlər Kateqoriya:Reanimatologiya